Page 177 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 177
Äîðà Áðöäåð 177
vәziyyәtdә qalmağa davam etdi. Halbuki özünün hәtta dәmiryol
stansiyası da vardı – Frenvil stansiyası.
Doranın atası Ernest Brüder 1926-cı ilin qışında, çox güman
ki, Vestinhauz әylәc zavodunda işlәmişdi.
Ernest Brüder.
21 may 1899-cu ildә Avstriyada, Vyana şәhәrindә doğulub.
Uşaqlığı yәqin ki, Leopoldştadtda – Avstriya paytaxtının yәhudi
mәhәllәsindә keçib. Onun valideynlәri imperiyanın şәrq әyalәtlәrindәn
köçüb gәlmiş Vyana yәhudilәrinin böyük әksәriyyәti kimi, çox
ehtimal ki, Qalisiya, Bohemiya yaxud Moraviya әsilli olublar.
Öz iyirmi yaşımı mәn 1965-ci ildә – Ornano bulvarında olduğum
hәmin ildә – Vyanada qeyd etmişdim. Orda mәn Müqәddәs Karl
kilsәsinin arxasında, Taubştummenqassda qalırdım. Qәrb vağzalının
yaxınlığındakı hansısa şübhәli mehmanxanada bir neçә gecә
keçirmişdim. Ziferinqdә, Qrinsinqdә, orkestrlәrin çaldığı parklarda
keçirdiyim yay axşamlarını yaxşı xatırlayıram. Elәcә dә Hayligenştadt
yaxınlığındakı fәhlә mәhәllәsindә, hansısa bağda gördüyüm köşk.
O vaxtlar iyul ayında şәnbә-bazar günlәri hәr yer bağlı olurdu,
hәtta “Qavelka” kafesi dә. Şәhәr büsbütün boşalırdı. Tramvay
şimal-şәrq istiqamәtindәki mәhәllәlәrdәn keçib qaynar günәş
altındakı relslәrlә düz Potslaynsdorf parkınacan gәlirdi.
Artıq otuz ildәn çox olmadığım Vyanaya da yәqin nә vaxtsa
qayıdaram. Mümkündür ki, Vyana yәhudi icmasının arxivlәrindә
Ernest Brüderin doğum tarixi barәdә qeydlәr dә aparım – onun
atasının adını, soyadını, peşәsini vә doğulduğu yeri, hәmçinin
anasının adını vә qızlıq soyadını öyrәnim; onların hardasa ikinci
dairәnin әtrafında, Şimal vağzalı, Prater parkı vә Dunay arasında
yaşadıqları yeri dәqiqlәşdirim. Uşaqlıq vә yeniyetmәlik çağlarında
o, Praterin baş xiyabanını, xiyabandakı bütün kafelәri tanıyırdı.
Budapeştlilәrin çıxış etdiklәri teatrı da tanıyırdı, Şved körpüsünü