Page 178 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 178
Ïàòðèê Ìîäèàíî
dә; Taborştrasse yaxınlığındakı Ticarәt birjasının hәyәti dә ona
tanış idi, Karmelitok Bazarı da.
1919-cu ildә, iyirmi yaşında olarkәn onunçün Vyanada mәnә
öz iyirmi yaşımda olduğumdan qat-qat ağır keçmişdi. Avstriya
qoşunlarının elә ilk mәğlubiyyәtindәn sonra Qalisiyadan, Bukovi-
nadan, Ukraynadan on minlәrlә qaçqın sel kimi axışıb gәlirdi;
onlar bir ucdan tökülüşüb gәlir, Şimal vağzalının әtrafındakı
uçuq evlәrә tәpilib hәr yeri doldururdular. Artıq mövcudluğunu
itirmiş imperiyadan qopan vә heç kәsin olmayan bütöv bir şәhәr.
Yәqin, Ernest Brüder dә küçәlәrdәki ağzıqıfıllı mağazaların
arasında avaralanan bu işsizlәrdәn heç nә ilә fәrqlәnmirdi.
Amma bәlkә o heç Şәrqdәn tökülüşüb gәlәn qaçqınlar kimi
kasıb yaşamırdı? Bәlkә o, Taborştrassedәn olan varlı dükandar
oğluydu? Nә bilmәk olar?
Müharibә veteranları Nazirliyindә toz basan minlәrlә digәr
kartoçka kimi, iyirmi il sonra, işğal dövründә, tuthatut vaxtı
doldurulmuş bu balaca kartoçkada göstәrilmişdi ki, Ernest Brüder
– “2-ci dәrәcәli fransız legioneridir”. Çox güman ki, o, Xarici
Legiona yazılmışdı, ancaq mәn vaxtını dәqiqlәşdirә bilmәdim.
1919-cu ildә? Bәlkә 1920-ci ildә?
Ora beş il müddәtinә götürürdülәr. Bundan ötrü hәtta Parisә
getmәk dә mәcburi deyildi, Fransanın istәnilәn ölkәdәki
konsulluğunda olmaq yetәrdi. Bәs Ernest Brüder necә – Xarici
Legiona Avstriyadamı yazılmışdı? Yoxsa hәmin vaxt artıq Fransada
yaşayırdı? Hәr necә olsa, onu digәr bu cür almanlarla, avstriyalılarla
birlikdә Belfor vә Nansinin kazarmalarına göndәrmişdilәr, orda
isә onların nazıyla çox da oynamırdılar. Sonra Marsel, ardınca
Sen-Jan istehkamı. Burda da xoş üzlә qarşılanmaqdan söhbәt
gedә bilmәzdi. Lap axırda – Aralıq dәnizi: o vaxt marşal Liote
üçün Mәrakeşә göndәrmәyә otuz min әsgәr lazım idi.