Page 192 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 192
Ïàòðèê Ìîäèàíî
sığınacağa oxşayırmış. Dәmir nizam-intizam. Qızdırıcılar işlәmirmiş,
heç bir istilik yoxmuş. Yemәk dә yalnız şalğamdan ibarәt imiş.
Şagird qızlar “saat altı tamamda” mütlәq dua etmәliymişlәr –
soruşmağı unutdum ki, axşam, yoxsa sәhәr saat altıda.
1940-cı ilin yayı Dora üçün Pikpüs küçәsindәki pansionda
keçmişdi. Valideynlәri onda Ornano bulvarı, 41 ünvanındakı
mehmanxanada yaşayırdılar vә bazar günlәri Dora әlbәttә ki,
onlara baş çәkirdi. Mәn metronun sxemini gözdәn keçirә-keçirә
Doranın evә hansı yolla getdiyini tәsәvvürümdә canlandırmağa
çalışıram. Marşrutu hәddәn çox dәyişmәmәk üçün әn asanı bu idi
ki, qatara metronun pansiona daha yaxın olan Nelson stansiyasında
minәsәn. “Pon-de-Sevr” istiqamәtindә gedәn qatara. “Strasbur-
Sen-Deni” stansiyasında qatarı dәyişib, bu dәfә “Port-de-Klinyankur”
istiqamәtindә gedәnә minmәliydin. Kinoteatr vә mehmanxana ilә
üzbәüz olan “Simplon” stansiyasında Dora metrodan çıxırdı.
İyirmi il sonra mәn “Simplon” stansiyasında metroya tez-tez
minmәli olurdum. Adәtәn axşam saat ona yaxın. Hәmin vaxt
stansiyada demәk olar ki, heç kәs gözә dәymirdi, qatarlar da bö-
yük fasilәlәrlә hәrәkәt edirdi.
Yәqin, Dora bazar günlәrinin axşamı geriyә elә hәmin yolla
qayıdırmış. Görәsәn, valideynlәri onu ötürürdülәrmi? “Nasyon”dan
gedәsi olsan, gәrәk piyada gedәydin, Dora da yәqin әn kәsә yolla
Fabr-d.Eqlantin küçәsindәn keçib Pikpüs küçәsinә çıxırdı.
Bu qayıdış öz ayağınla hәbsxanaya qayıtmaq kimi bir şey idi.
Günlәr getdikcә qısalır, hava tez qaralırdı. Dora hәyәtdәki suni
mağaranın vә qәbirüstü abidәnin yanından keçәndә artıq qaranlıq
düşür, giriş qapısının üstündә lampa yanırdı. O, uzun dәhlizlә
addımlayırdı. Kilsә, bazar gününün axşam ibadәti. Sonra ümumi
sıraya düzlәnib kirimişcә dortuara getmәk…
Payız. Oktyabrın 2-dә Paris qәzetlәri xüsusi bәyanatla çıxdı:
bütün yәhudilәr polis sahә müfәttişliyindә qeydiyyata durmalıdır.