Page 197 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 197
Äîðà Áðöäåð 197
Hadisәlәrin baş verdiyi mәkanı tәfәrrüatıyla tәsvir edәn müәllif
әlavә edir: “Bu özünәmәxsus, bu namәlum, bu tutqun evә baş
çәkmәdәn vә haqqında danışdığımız Jan Valjanın kәdәrli tarixçәsinin
faydasız olmayacağını nәzәrә alaraq arxamızca gәlәnlәrin hamısını
onun içәrisinә aparmadan hәmin evin yanından ötmәyә bizim
gücümüz çatmırdı”.
Mәnә qәdәr olan bir çoxları kimi, mәn dә üst-üstә düşәn
mәqamların tәsadüfi xarakter daşıdığını düşünmür, bәzәn hәtta
yazıçıların görücülük qabiliyyәtinә malik olduqlarına da qәti
şәkildә inanıram – intәhası “qabiliyyәt” sözü bura tam uyğun
deyil, o hansısa ali qüvvәlәri nәzәrdә tutur. Yox, bu sadәcә,
sәnәtin bir hissәsidir: yazıçının onsuz keçinә bilmәdiyi tәxәyyülün
gücü, tәnbәlliyә mәruz qalıb sapın ucunu itirmәmәk üçün tәsvir
olunanları detallarda görmәk zәrurәti – bu, demәk olar ki, zorla
sırınan ideyaya çevrilir. Şüur üçün müntәzәm mәşq rolunu oynayan
belә bir gәrginlik yәqin әn axırda “Laruss” lüğәtindәki “öncәgörmә”
sözünün “keçmişdәki vә gәlәcәkdәki hadisәlәrә aid olan” izahı
kimi şübhә qığılcımlarının alovlanmasına sәbәb ola bilәr.
1988-ci ilin dekabrında tәsadüfәn әlimә keçәn Dora Brüderin
axtarışı barәdә elanın dәrc edildiyi 31 dekabr 1941-ci il tarixli
“Pari-Suar” qәzetindәn sonra mәn neçә ay onu beynimdәn çıxarıb
ata bilmәdim. Dәqiq ünvan vә әlamәtlәrin aydın tәsviri – Ornano
bulvarı, 41, 1 metr 55 santimetr, girdәsifәt, qonur-qәhvәyi gözlәr,
boz idman paltosu, sumağı sviter, tünd-göy yubka vә eyni rәngdә
kepka, qәhvәyi idman çәkmәlәri – mәni addımbaaddım tәqib
edirdi. Axşamın toranlığı da, izsiz-soraqsız yoxa çıxma da,
unuduluş da, әtrafdakı heçlik dә. Mәnә elә gәlirdi ki, Dora
Brüderin izinә heç vaxt düşә bilmәrәm. Mәhz buna görә – hiss
edәndә ki, hәyatımda Dora çatışmır – onda mәn “Toy sәyahәti”
adlı tәzә romanımı yazmağa başladım. Bu roman da fikrimi Dora