Page 223 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 223
Äîðà Áðöäåð 223
bilmirdim. Bununla belә, hәlә kitabı açmamışdan onun intonasiyasını
vә ab-havasını hiss elәmişdim, sanki haçansa başqa bir dünyada
mәn artıq onu oxumuşdum.
Frido Lyampe. “Gecәnin ucunda”. Bu ad vә sәrlövhә – göz
çәkә bilmәdiyin işıqlı pәncәrәlәr kimidir. Pәncәrәlәrә baxırsan
vә özünә deyirsәn ki, onların arxasında çoxdan unutduğun kimsә
sәni neçә illәrdi gözlәyir, amma ola da bilsin, orda heç kim yox-
dur. Sadәcә, boş otaqda lampa yanılı qalıb.
Frido Lyampe 1899-cu ildә – Ernest Brüder doğulan il –
Bremendә anadan olub. Heydelberq Universitetindә tәhsil alıb.
Hamburqda kitabxanaçı işlәyib vә elә oradaca “Gecәnin ucunda”
adlı ilk romanını yazmağa başlayıb. Sonra Berlindәki bir nәşriyyatda
yer qazanıb. Siyasәtә hәmişә etinasız yanaşıb. Onu mәşğul edәn
başqa şey idi: Bremen limanı üzәrindә qatılaşan qaranlığı, qövsvari
fәnәrlәrin bәnövşәyi işığını, orkestrlәri, tramvayların cingiltisini,
dәmiryol körpüsünü, gәmi fitini, matrosları, gülәşçilәri, gecәnin
içindә bir-birini axtaran çoxlu-çoxlu adamları tәsvir edirdi…
“Gecәnin ucunda” romanı 1933-cü ildә nәşr olunub. Bu zaman
artıq Hitler hakimiyyәtә gәlmişdi. Kitabı satışdan vә kitabxanalardan
yığışdırıb tirajı yandırdılar, müәllifi isә “etibarsız” elan etdilәr.
Amma o heç yәhudi dә deyildi. Ayağına hansı günahı yazdılar?
Yalnız o günahı ki, kitab әla idi vә kәdәrlә doluydu. O çox şeymi
istәyirdi? Mәktubunda özü etiraf edib: “Böyük bir limanın әtra-
fında oxucuya bir neçә saatını – axşam sәkkizdәn gecә yarıyadәk
vaxtını keçirmәk imkanı vermәk: mәn yazıram vә gәncliyimin
keçdiyi Bremen mәhәllәsini xatırlayıram. Bir-birini әvәz edәn
qısa sәhnәlәrdә, kino epizodları kimi, talelәr bir-birinә sarmaşır...”
Müharibәnin sonlarında, sovet qoşunları hücum edәn vaxt o,
Berlinin civarında yaşayırdı. 1945-ci ilin 2 may günü iki rus
әsgәri küçәdә saxlayıb ondan sәnәdlәrini tәlәb etmişdilәr, sonra
da qol gücünә bağa sürüyüb orda onu öldürmüşdülәr – kimin