Page 167 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 167
Äîðà Áðöäåð 167
Sәkkiz il qabaq, 31 dekabr 1941-ci il tarixli köhnә “Pari
Suar” qәzetini vәrәqlәyәrkәn gözüm üçüncü sәhifәdәki “Dünәn
vә bu gün” rubrikasına sataşdı. Sәhifәnin aşağısında yazılmışdı:
“PARİS
Dora Brüder adlı 15 yaşlı qız axtarılır. Boyu 1 m. 55 sm,
gözlәri qonur-qәhvәyi, sifәti girdәdir. Əynindә boz idman paltosu,
sumağı sviter, tünd-göy yubka vә eyni rәngdә kepka, ayağında
qәhvәyi idman çәkmәlәri var. İstәnilәn mәlumatın Brüderlәrә
çatdırılması xahiş olunur. Paris, Ornano bulvarı, 41”.
Ornano bulvarı…
Bu rayon mәnә çoxdan tanışdır. Uşaqlıqda anamla Sent-
Uandakı Biloşin bazarına gedәrdik. Biz avtobusdan Klinyankur
zastavasının, bәzәn dә XVIII dairә meriyasının yanında düşürdük.
Bu adәtәn şәnbә, ya bazar günlәri günortadan sonraya tәsadüf
edirdi. Yadımdadır ki, qışda Klinyankur kazarmasının uzun divarı
qarşısındakı sәkidә, birbaşa insan axınının içindә üçayaqlı
fotoaparat olurdu, dәyirmi eynәkli gonbul vә donqarburun fotoqraf
da yoldan ötәnlәrә “yadigar şәkil” tәklif edirdi. Yayda o, öz
aparatını gәtirib Dovildәki taxta körpünün üstündә, “Soley”
barıyla üzbәüz yerdә qururdu. Şәkil çәkdirmәk arzusunda olanlar
burda yenә az-çox tapılırdı; Klinyankur zastavasının yanında isә
çәtin ki, kimsә şәkil hәvәsinә düşәydi. Fotoqrafın әynindә nimdaş
palto vardı, çәkmәsinin dә bir tayı yırtılmışdı.
Günәşli bazar günlәrindә büsbütün adamsız olan Barbes vә
Ornano bulvarları mәnim yaxşı yadımdadır – 1958-ci ilin mayında