Page 161 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 161
Qaranlûq dökanlar kö÷ÿsi 161
O hamını unudub indi. Topu qabağına salıb, tәkcә qaçır, sağa
burulur – Anatol-de-la Frans küçәsinә.
44
Alnımı illüminatora sıxmışdım. İki kişi söhbәtlәşә-söhbәtlәşә
göyәrtәdә gәzişirdi vә ay işığında onların üzü adama boz-külrәngi
kimi görsәnirdi. Nәhayәt, onlar gәminin qıraqlarındakı tora söy-
kәndilәr.
Dalğaların gәmini atıb-tutması dayansa da, yata bilmirdim.
Bir-birinin dalınca hamımızın – Deniz, Freddi vә Gey Orlova –
olduğumuz fotoşәkillәrә baxırdım, lakin gәmi kruizini davam
etdirdikcә onlar reallığını itirә-itirә gedirdi. Ümumiyyәtlә, onlar
nә vaxtsa olublarmı?.. Yadıma Freddinin Amerikadakı işi haqda
deyilәnlәr düşdü. O, “Con Gilbertin nümayәndәsi” idi. Belә bir
mәnzәrәni tәsәvvürümdә canlandırdım: iki kişi tәrk edilmiş
villanın bağıyla, xәzәl, ağac qırıntıları dolu tennis kortunun
yanıyla gedirlәr, onlardan ucaboylusu başını, görünür, ona pıçıltıyla
nәsә deyәn yoldaşına tәrәf әyir, – hәmin bu şәxs, yәqin, elә Con
Gilbertdir ki var.
Sonra dәhlizdәn danışıq vә gülüş sәsi eşidilir, hay-küy qalxır.
Onlar bir-birinin әlindәn şeypuru dartıb alırdılar – “Mәnim
sarışınım” mahnısının ilk taktlarını çalmaq üçün. Qonşu kayutun
qapısı cırıldadı. Bir neçә nәfәr idilәr. Qulaqlarıma şaqraq
qәhqәhәlәr, bakalların cingiltisi dәydi – deyәsәn toqquşdururdular
– sonra da qırıq-qırıq, tez-tez nәfәsalma, uzun inilti...
Kimsә dәhlizlә gәzirdi – zınqırov çalır vә cingiltili sәsiylә ek-
vatoru keçdiyimizi xәbәr verirdi.
45
Uzaqda qırmızı siqnal işıqları yanıb-sönür vә әvvәlcә adama
elә gәlir ki, bu işıqlar sadәcә olaraq havada süzürlәr, yalnız sonra