Page 147 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 147
Qaranlûq dökanlar kö÷ÿsi 147
kimi girdә pәncәrәsi yer bәrabәrindәydi. Amma Vildmer onu özü
seçmişdi – yuva seçdim, deyirdi.
Əvvәl-әvvәl bütün vaxtımızı şaledә keçirirdik. Qonaq otağında
uzun-uzadı kart oynayırdıq. Mәn o otağı yaxşı xatırlayıram. Yun
xalı. Dәri divan, üstündә sırayla kitab rәflәri. Alçaq masa. Balkona
çıxan iki pәncәrә... Qonşuluqda yaşayan qadın bizә Mejevdәn
әrzaq almağı öz öhdәsinә götürmüşdü. Deniz kitabların arasından
tapdığı detektivlәri oxuyurdu. Mәn dә oxumaqdan vaz keçmişdim.
Freddi saqqal buraxdı, Gey Orlova isә hәr axşam bizә borş
bişirirdi. Vildmer xahiş etdi ki, ona Mejevdәn müntәzәm olaraq
“Pari-spor” gәtirsinlәr vә öz “yuva”sına girib qәzetini oxuyurdu.
Bir dәfә axşamçağı, bric oynayanda әlindәki qәzeti silkәlәyә-
silkәlәyә zala tәpildi, rәngi-zadı qaçmışdı. Şәrhçi cıdır yarışlarında
son on ilin әn sәs-küylü hadisәlәrini sadalayırdı vә başqa hadisәlәr
arasında “ingilis çaparı Andre Vildmerin Oteydә başına gәlәn
bәdbәxt hadisә”ni xatırladırdı. Mәqalәni bir neçә fotoşәkil vә o
cümlәdәn, Vildmerin lap balaca, poçt markasından da kiçik şәkli
müşayiәt edirdi. Onu panikaya salan da elә bu idi. Axı Salanş, ya
da Mejev vağzalında, ya da kilsәnin yanındakı dükanda kimsә
tanıya bilәrdi onu. Ya da birdәn bizә әrzaq gәtirәn qadın ona
baxanda “ingilis çaparı Andre Vildmer” olduğunu başa düşәrdi.
Bәyәm yola düşmәlәrindәn bircә hәftә әvvәl evinin qabağındakı
Aliskan bağçasına anonim telefon zәngi gәlmәmişdi? Onda boğuq
bir sәs belә demişdi: “Alo? Hәlә dә Parisdәsәn, Vildmer?” –
sonra da gülüş sәsi vә dәstәyi asmışdılar.
Biz ona elә hey deyirdik ki, heç bir tәhlükә yoxdur, çünki o
artıq “Dominikan diplomatı”dır, amma çifayda. Onsuz da әsәb
içindәydi.
Bir dәfә gecә saat üçdә Freddi Vildmerin “yuva”sının qapısını
döyә-döyә çığırdı: “Biz bilirik, sәn burdasan, Andre Vildmer...