Page 143 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 143
Qaranlûq dökanlar kö÷ÿsi 143
amma Freddi ondan heç kәslә danışmamasını, diqqәti cәlb
etmәmәsini xahiş etdi.
Mәn Deniz vә Gey Orlova ilә onların kupesindә bir az otur-
dum. Pәncәrәnin pәrdәsi bir qәdәr aşağı endirilmişdi, amma әyi-
lәndә gördüm ki, şәhәr kәnarından keçirik. Qar kәsmәk bilmirdi.
Mәn Denizlә Gey Orlovanı öpüb öz kupemә qayıtdım – Freddi
artıq burda yerini rahatlamışdı. Tezliklә Vildmer dә yanımıza
gәldi. Onun kupesindә hәlә kimsә yox idi vә çox ümid edirdi ki,
axıra kimi tәk qala bilәcәk. O, möhkәm qorxurdu ki, bir neçә il
qabaq idman qәzetlәrindә tez-tez çıxan fotoşәkillәrindәn tanıya
bilәrlәr onu, – Otey cıdır meydanındakı hәmin o bәdbәxt hadisәdәn
sonra. Biz çalışırdıq çaparların tez yaddan çıxdığını söylәmәklә,
onu sakitlәşdirәk.
Freddiylә mәn yerimizә uzandıq. Qatar sürәt yığırdı. Gecә
işıqlarını söndürmürdük, Freddi әsәbi tәrzdә siqaret çәkirdi.
Sәnәdlәrin yoxlanışından qorxurdu. Əslindә mәn dә qorxurdum,
amma bunu gizlәtmәyә çalışırdım. Freddi, Gey Orlova, Vildmer
vә Rubiroza sağ olsunlar ki, mәnim Dominikan pasportum vardı,
amma onun bizi müdafiә edә bilәcәyinә şübhә edirdik. Rubi bunu
mәnә özü demişdi. Biz hәm polisin, hәm qәmiş nәzarәtçinin
zavalına gәlә bilәrdik. Bircә Deniz risk etmirdi. O, әsl fransız idi.
Birinci dayanacaq. Dijon. Şıdırğı qar radio dalğalarını ara-sıra
azdırır. Dәhlizlә kimsә bizim yanaşı kupelәrimizә yaxınlaşır.
Kupenin qapısını açır. Bәlkә Vildmerin yanına girdilәr. Vә Freddiylә
mәn isterika içindә şaqqanaq çәkib gülür, dayana bilmirik.
Qatar Şalon-sür-Son vağzalında yarım saat durdu. Freddi
yuxuya getdi, mәn işığı söndürdüm. Bilmirәm niyә, amma
qaranlıqda özümü daha inamlı hiss edirdim. Mәn nәsә başqa
şeylәr barәdә düşünmәyә, dәhlizdәn gәlәn sәslәrә qulaq asmamağa
çalışırdım. Perronda adamlar danışırdı, ayrı-ayrı sözlәr mәnim