Page 140 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 140
Ïàòðèê Ìîäèàíî
alçaq masa qoyulmuş kreslolarda әylәşdik. Qәzetә bükülü qızıl
luidorları masanın üstünә qoydum. Elә o dәqiqә bir neçә dәstә
әsginası mәnә verdi, saymadan cibimә dürtdüm. Onu daş-qaş
maraqlandırmırdı. Kabinetdәn birlikdә çıxdıq, sәs-küydәn qulaq
tutulan, paltolu adamların ora-bura yüyürüşdüyü vә bütün bunların
qatmaqarışıqlığında nәsә çox hәyәcanlı ab-hava olan zaldan
ötdük. Küçәdә mәnә çox güman ki, daş-qaşları alacaq qadının
ünvanını verdi – hardasa, Malzerb meydanına yaxın yaşayırdı, –
vә icazә verdi ki, danışarkәn ona istinad edim. Qar yağırdı,
amma ora piyada getmәyә qәrar verdim. Denizlә tәzәcә tanış
olanda biz bu yolla tez-tez gedirdik. İndi hәr şey dәyişmişdi. Qar
yağırdı vә mәnә bu bulvarı tanımaq çәtin idi – çılpaq ağaclar,
evlәrin islaq fasadları. Qurdbağrı kollarının Monso parkının o
üzündәn gәlәn qoxusu yaş torpaq vә kif iyiylә әvәz olundu.
Dalanın sonunda birinci mәrtәbә – belә yerә, adәtәn ya “iç
hәyәt”, ya da “bağça” deyirlәr. Mәni qәbul etdiyi otaqda demәk
olar ki, heç nә yox idi. Yalnız oturduğumuz divan vә üstündәki
telefon. Tәxminәn qırx yaşlarında, kürәnsaçlı, әsәbi bir qadın.
Telefona arası kәsilmәdәn zәng gәlirdi, amma o dәstәyi hәr dәfә
qaldırmır, qaldırıb cavab verәndә dә ona deyilәnlәri kiçik tәqvimә
qeyd edirdi. Mәn daş-qaşı ona göstәrdim. Sapfir vә iki broşu yarı
qiymәtinә vermәyә hazır idim, әgәr pulunu tәcili vә nәğd ödәyә
bilsәydi. O razılaşdı.
Küçәdә, “Kursel” metrosuna gedәndә mәn bir neçә ay qabaq
“Kastiliya” hotelindәki nömrәmizә gәlәn cavan oğlanı xatırladım.
O, qalstuk üçün sıxacı vә iki brilyant qolbağı tez sataraq, gәlirini
bölmәyi tәklif etmişdi mәnә. Sәxavәtli, düzgün adam idi. Ona
inandım vә söylәdim ki, burdan getmәk niyyәtim var, hәtta
hәrdәn mәni hoteldәn çıxmağa qoymayan qorxularımdan da
danışdım ona. O da dedi ki, biz çox qәribә zәmanәdә yaşayırıq.