Page 139 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 139
Qaranlûq dökanlar kö÷ÿsi 139

Müharibә vaxtı, mәncә, 1941-42-ci il olardı, mәn Juan-le-Pen
çimәrliyindә idim vә birdәn gördüm ki, birisi ucadan gülә-gülә
mәnә tәrәf yüyürür vә bu kim ola – hәmin bu “Oleq de Vrede”,
özü dә hәmişәki kimi, yaxşı formada idi. Dedi ki, hәbsdәydi vә
onun taleyindә yüksәk rütbәli bir alman zabitinin rolu oldu. Bura
da bir neçә günlüyә gәlmişdi, özünün “hәrbidәki xaç anası” –
Anri Düvernua ilә. “Amma, – dedi, – yaman xәsis qadındır, pul
vermәklә heç arası yoxdur”. Söylәdi ki, Parisә qayıdır, “almanlarla
işlәmәk üçün”. “Necә işlәyәcәksiniz?” – deyә soruşdum. “Onlara
maşın satacam” – dedi.

Daha onu görmәdim vә bilmirәm ki, başına nә gәldi. Müsyö,
bu da Sizә hәmin adam barәdә bütün deyә bilәcәklәrim.

Hörmәtlә E. Kaqan”.

37

İndi sadәcә gözlәrini yummaq bәs elәyir. Mejevә yola
düşdüyümüz әrәfәnin bütün hadisәlәri gözlәrimin önündә qırıq-
qırıq canlanır. Qoş avenyuda Zaxarovun keçmiş mülkünün iri,
işıqlı pәncәrәlәri, Vildmerin ayrı-ayrı ifadәlәri, adlar – gah “Ru-
biroza” kimi al-qırmızı, parlaq, gah da “Oleq de Vrede” kimi
solğun, pozuq – vә zorla sezilә bilәn tәfәrrüatlar, hәtta Vildmerin
sәsi xırıltılıdır, az qala eşitmәk mümkün deyil, – vә bütün bunlar
mәnim Ariadna kәlәfimә sarınırdı.

Hәmin әrәfәdә, artıq axşam Zaxarovun Qoş avenyusundakı
keçmiş mülkünün ikinci mәrtәbәsinә qalxdım. Orda adam çox
idi. Hәmişәki kimi, paltosunu çıxaran yox idi. Lakin mәn
kostyumda idim. Böyük zaldan ötüb-keçdim, orda on beş nәfәr
olardı: bәzilәri telefonun yanında, digәrlәri dәri kreslolarda
әylәşib işlәrini müzakirә edirdilәr. Sivişib kiçik kabinetә keçdim
vә arxamca qapını örtdüm. Görüşmәli olduğum şәxs artıq burda
idi, mәni gözlәyirdi. Otağın uzaq küncünә keçdik vә aralarında
   134   135   136   137   138   139   140   141   142   143   144