Page 111 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 111
Qaranlûq dökanlar kö÷ÿsi 111

әylәşirәm. Artıq axşamdır. Mәn Denizi gözlәyirәm. Günәşin son
şәfәqlәri Roma küçәsinin qarşı tәrәfindәki, lap dәmiryoluna
yaxın qarajın fasadı vә şüşә damında ilişib qalır.

Birdәn onu görürәm – bulvarı kәsib keçir.
Əynindә ağ kostyum, sağ әlindә başlığı olan çәlik. Yüngülcә
axsayır. Ağacların altıyla, Klişi meydanına sarı gedir vә mәn
onun ağ, dümdüz siluetini baxışımla müşayiәt edirәm. O kiçilir,
kiçilir vә nәhayәt, yox olur. Mәn nanә cövhәriylә qarışmış sudan
bir qurtum alıb fikirlәşirәm: görәsәn, ora niyә gedir? Kiminlә
görüşәcәk?
Deniz tez-tez gecikirdi. O işlәyirdi – indi hәr şeyi bulvarda
mәndәn uzaqlaşan hәmin o ağ siluetә görә xatırlayırdım, – o,
modelyer yanında çalışırdı, La Boesi küçәsindә: arıq, sarışın
birisiydi, sonralar mәşhur oldu, amma o zamanlar tәzә adam idi.
Onun adını xatırlayıram –Jak – vә әgәr hövsәlәm çatsa, Hüttenin
köhnә Bottenlәrindә familini dә tapacam. La Boesi küçәsi...
Hәrdәn mәnim kafenin terrasındakı masama hava qaralandan
sonra yaxınlaşırdı, amma mәn ona hirslәnmirdim, mәn elә nanәli
suyumu içә-içә, hәlә yenә otura bilәrdim burda. Mәn burda,
kafedә gözlәmәyә üstünlük verirdim, nәinki Denizin yaxınlıqdakı
xırdaca mәnzilindә. Saat doqquz. O, adәti üzrә bulvarı kәsib
keçir. Adama elә gәlir ki, onun kostyumu fosfor kimi işıq saçır.
Bir dәfә axşam Denizlә orada, ağacların altında bir neçә kәlmә
kәsdilәr. Kostyumunun gözqamaşdıran bәyazlığında, qarabuğdayı
buldoq sifәtindә vә göy rәngә çalacaq dәrәcәdә tünd-yaşıl
yarpaqlarda yaya xas olan sirli bir nәsnә vardı.
Denizlә biz әks-istiqamәtdә gedirdik, Kursel bulvarıyla. İkilikdә
addımladığımız Parisdә o vaxt Skuffinin fosforlu kostyumu kimi
bir yay mübhәmliyi vardı. Biz Monso parkının çәpәrlәri arxasından
boy verәn qurdbağrı rayihәsiylә doymuş gecәnin içindә üzürdük.
Maşın çox az idi. Bu saatda kimsәyә gәrәk olmayan qırmızı, yaşıl
   106   107   108   109   110   111   112   113   114   115   116