Page 107 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 107
Qaranlûq dökanlar kö÷ÿsi 107

– Gәlәcәm.
– Aleki mütlәq oxuyun...
Bax burda cәsarәtim çatdı:
– Zәhmәt olmasa... Mәnim üçün Deniz Kudrezin bir neçә
şәklini çıxara bilmәzdiniz...
Deniz Kudrez?
– Əlbәttә. Nә istәsәniz edәrәm. Alekin şәkillәrini itirmәyin.
Küçәdә dә ehtiyatlı olun...
Arxamca qapını bağladı vә mәn bir-birinin dalınca bütün
kilidlәri necә bağladığını eşitdim. Pillәkәnin başında bir qәdәr
durdum. Tünd-göy dәhlizlә yaşıl vә çәhrayı atlaslı qonaq otağına
necә qayıtdığını tәsәvvür etdim. Sonra da, әminәm, yenә hәmin
nömrәni yığacaq, dәstәyi tәlәsik qulağına sıxıb, әsә-әsә, amma
yerә qoymadan “Mavi kavaler”in uzaq çağırışlarını dinlәyәcәk.

21

Hәmin sәhәr biz yola çox tez, Denizin üstüaçıq maşınında
çıxdıq vә mәnә elә gәlir ki, şәhәri Port-Sen-Kludan keçәrәk tәrk
etdik. Günәş par-par yanırdı, ona görә dә Deniz başına iri saman
şlyapa qoymuşdu.

Sena-i-Uaza Departamentinin hansısa xırda şәhәrindә, bәlkә
dә elә Sena-i-Marnada biz enişә gedәn, hәr iki yanında ağaclar
әkilmiş küçәylә hәrәkәt etdik. Deniz maşınını bağa açılan ağ bir
doqqazın ağzında qoydu. Alaqapıdan keçib içәri girdi, mәn isә
küçәdә gözlәdim.

Bağın ortasında salxımsöyüd bitirdi. Onun arxasında, içәrilәrdә
bir bağ evi vardı. Denizin ora necә girdiyini gördüm.

Boz әtәkli, tәxminәn on yaşında olan, ağbәniz, sarısaç bir
qızla qayıtdı. Maşına oturduq – Deniz sükan arxasında, mәn
onun yanında, qız da arxada. Nahar etdiyimiz yeri unutmuşam.
   102   103   104   105   106   107   108   109   110   111   112