Page 663 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 663
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 663

On beş il qabaq o, mәnә detektiv romanlar yazan vә onları
Mayorkaya dәvәt edәn bir amerikalının soyadını söylәmişdi:
Mak-Civern. Sonradan mәn onun bir neçә kitabını tapdım, hәtta
özünü dә axtarmağa hazırlaşmışdım ki, hәr ehtimala qarşı soruşum:
Jaklini tanıyırmı; әgәr tanıyırsa, nә baş verib, nolub ona?

– Mәn onu İspaniyada yaşayan bir nәfәrlә dolaşıq saldım…
Uilyam Mak-Civernlә…

Bayaqdan bәri ilk dәfә o, mәnim düz gözlәrimin içinә baxdı.
– Bәs siz özünüz Parisdә yaşayırsınız? – soruşdu.
– Hәlә ki, hә. Amma bilmirәm burda qalacammı…
Bizim arxamızda Kesli öz tın-tın sәsiylә danışmaqda davam
edirdi. İndi onu qonaqların daha böyük dәstәsi әhatә elәmişdi.
– Mәnim sәnәtim elәdir ki, onunla hәr yerdә mәşğul olmaq
mümkündür, – dedim. – Mәn yazıçıyam.
Yenә dә nәzakәt xatirinә tәbәssüm vә yenә laqeyd sәs.
– Doğrudan? Çox maraqlı peşәdir. Mәn sizin kitablarınızı
oxumaq istәrdim…
– Qorxuram ki, sizinçün darıxdırıcı olsun…
– Əsla… Gәlәn dәfә Dariusun yanına gәlәndә kitablarınızı
mәnә gәtirin…
– Mәmnuniyyәtlә.
Keslinin baxışları mәnim üzәrimdә dayandı. İndi әlbәttә ki, o
özündәn soruşurdu: mәn kimәm vә niyә onun arvadıyla danışıram.
Yaxınlaşıb arvadının çiyinlәrini qucaqladı. Onun bәrәlә göy
gözlәri bir anlığa üzümdәn çәkildi.
– Müsyö – Dariusun dostudur. Yazıçıdır.
Mәn özümü tәqdim etmәliydim, intәhası öz adımı çәkmәkdәn
hәmişә utanıram.
Kesli mәnә gülümsәdi. O bizdәn on yaş böyük olardı. Bu qadın
onunla harda tanış ola bilәrdi? Bәlkә Londonda? Hә, biz bir-biri-
mizi gözdәn itirәndәn sonra Jaklin әlbәttә ki, Londonda qalmışdı.
   658   659   660   661   662   663   664   665   666   667   668