Page 668 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 668
Ïàòðèê Ìîäèàíî

O, maşını Port Mayo istiqamәtindә sürüb, Süşe bulvarıyla
getdi. Tamamilә başqa tәrәfә.

– Əgәr biz yalnız hәr on beş ildәn bir görüşmәyә başlasaq, –
o dedi, – onda gәlәn dәfә risk edәrsәn ki, mәni tanımayasan.

Onda bizim neçә yaşımız olacaq? Əlli. Bu mәnә elә qәribә
göründü ki, özümdәn asılı olmayaraq donquldandım:

– Əlli…
Mәn bu rәqәmdә heç olmasa zәrrә qәdәr reallıq kölgәsi tap-
mağa çalışdım.
O, gözlәrini qabağa zillәyib sükan arxasında bir qәdәr gәrgin
oturmuşdu vә yol ayrıclarında әylәci basırdı. Ətrafda ölü sәssizlik
vardı. Yalnız ağacların xışıltısı eşidilirdi.
Bulon meşәsinә girdik.O, maşını ağacların altında, Port Mayo
ilә Nәbatat bağı arasında o baş-bu başa gedәn balaca qatar
kassasının yanında saxladı. Biz xiyabanın qırağındakı kölgәlikdә
dayanmışdıq. Fәnәrlәr ağappaq işığıyla bizim qarşımızda miniatür
vağzalı, boş perronu, yerindә hәrәkәtsiz halda donub qalmış
xırda vaqonları işıqlandırırdı.
Üzünü üzümә yaxınlaşdırdı. Əliylә yanağımı sığallayıb sanki
әmin olmaq istәyirdi ki, hәqiqәtәn dә burdayam, onun yanındayam,
özü dә diriyәm, canlıyam…
– Orda necә dә qәribә oldu… mәn içәri girәndә, qonaq otağı-
na girib sәni orda görәndә…
Boynumda onun dodaqlarını hiss elәdim. Saçlarını sığallamağa
başladım. Saçları әvvәlki qәdәr uzun deyildi, amma qәti dәyiş-
mәmişdi. Vaxt dayanmışdı. Ya da, çox ehtimal ki, hәmin axşam,
bağlanmazdan azca qabaq görüşdüyümüz “Dante” kafesindәki
saatda әqrәblәrin göstәrdiyi ana qayıtmışdı.

***

Ertәsi gün nahardan sonra mәn Keslinin evinin qarşısında
saxladığım avtomobilin dalınca gәldim. Sükan arxasına tәzәcә
   663   664   665   666   667   668   669   670   671   672