Page 669 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 669
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 669
keçmişdim ki, günәşli sәkidә Dariusu gördüm. Əynindә bej rәngli
şort, qırmızı qısaqol köynәk vardı; gözünә qara eynәk taxmışdı.
Mәn ona әl yellәdim. Mәni burda görmәyinә o qәtiyyәn tәәccüb-
lәnmәdi.
– İstiyә bax, – dedi. – Bәlkә bizә qalxıb adama bir stәkan içәk?
Mәn bir nәfәrlә görüşüm olduğunu bәhanә gәtirib tәklifi
sоnraya saxladım.
– Hamı mәni tәrk edir… Keslilәr sәhәr Mayorkaya yola düş-
dülәr… Belә baxanda, lap düz elәdilәr: avqustda Parisdә qalmaq
– xalis idiotluqdur...
Dünәn Jaklin mәnә demişdi ki, Mayorkaya gәlәn hәftә gedә-
cәklәr. Yenә әlimdәn sürüşüb çıxdı. Belә dә bilirdim. Darius ma-
şının qapısına tәrәf әyildi:
– Bu günlәrdә yığıncağımız olacaq, gәlәrsiz… Avqustda biz
gәrәk bir-birimizә dәstәk olaq…
Üzündәki tәbәssümә baxmayaraq, mәn onun sәsindә çaşqın
bir tәlaş hiss elәdim vә söz verdim ki, baş çәkәrәm.
– Dәqiq?
– Doğru sözümdür.
Maşını arxa sürәtә qoyub yerindәn tәrpәtdim, amma hәrәkәt
bir qәdәr sәrt alındığından çinarların birinә dәydi. Darius naәlac
halda әllәrini yellәdi.
Mәn Port D.Otey istiqamәtindә getdim ki, Sena sahilindәki
hotelә qayıdım. Maşın arxa tәrәfdәn yәqin ki, әzilmişdi, çünki
tәkәrlәrdәn biri sürtürdü. Mümkün qәdәr yavaş gedirdim. Mәni
qәribә bir hiss bürümüşdü, heç şübhәsiz, sәkilәrin adamsızlığı,
isti ilğım vә әtrafdakı sakitlik ucbatından. Myür bulvarıyla hәrәkәt
edәrkәn bunun sәbәbini daha yaxşı anlamağa başladım: nәhayәt
ki, mәn yuxuda Jaklinlә tez-tez gәzdiyim mәhәllәyә düşmüşdüm.
Əvvәlki hәyatımızı saymasaq, axı biz buralıqda heç vaxt birgә
gәzmәmişdik. Port-de-Sen-Klu meydanının düz qarşısında ürәyim