Page 659 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 659
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 659

kişi әllәrini gen açıb nәsә danışır, sanki müsahiblәrinә nәyisә
sübut etmәyә çalışırdı.

Qabaq otaqda sәslәr getdikcә güclәnir, gәlәnlәr yavaş-yavaş
yaxınlaşırdı. Dariusun vә astadan danışan qadının sәsi. Mәn çö-
nüb baxdım. Dariusu hansısa cütlük müşayiәt edirdi. Hәr üçü qo-
naq otağının kandarında dayandı. Kişi – üz cizgilәri kifayәt qә-
dәr ciddi, mavi gözlәri bәrәlә qalmış, әynindә boz kostyum olan
hündürboy qaraşın idi; qadının әynindә çiyinlәri açıq, sarı rәngli
yüngül yay paltarı vardı.

– Biz yaman gec gәldik, – danışığında yüngül lәhcә hiss
olunan dombagöz kişi dedi. – Artıq hamı dağılışıb…

– Yox ey, – Darius onu sakitlәşdirә-sakitlәşdirә hәr ikisinin
qoluna girdi. – Qonaqlar sizi yuxarıda gözlәyir.

Yandan gördüyüm qadın bu tәrәfә çöndü. Ürәyim sancdı:
mәn Jaklini tanıdım. İndi onlar mәnә yaxınlaşırdılar. Mәn qeyri-
iradi yerimdәn sıçradım. Darius cütlüyü mәnә tәqdim etdi.

– Jorj vә Tereza Kesli.
Mәn başımı tәrpәtmәklә gәlәnlәri salamlayıb, Tereza Kesli
deyilәn qadının düz gözlәrinә baxdım, amma o heç kirpiyini dә
qırpmadı. Hәr şeydәn göründüyü kimi, mәni tanımamışdı. Darius,
deyәsәn, karıxıb qalmışdı ki, mәni adımla tәqdim edә bilmir.
– Bu mәnim bir mәrtәbә aşağıda yaşayan qonşularımdır, – o
dedi. – Çox şadam ki, gәlib çıxdılar… Onsuz da bu sәs-küydәn
yata bilmәyәcәkdilәr…
Kesli çiyinlәrini çәkdi.
– Yatmaq?! Axı hәlә çox tezdir, gün tәzәcә başlanır.
Mәn qadının baxışlarını tutmağa çalışırdım. Bu baxışlarda
heç nә yox idi. O ya mәni görmür, ya da bilәrәkdәn görmәzliyә
vururdu. Qızılı düymәli pencәk geymiş kişi Tereza Keslini salam-
lamaq üçün ayağa qalxdı. Söhbәt canlandı. Kesli söhbәtә hәvәsli
idi. O, bir az aralıda durmuşdu, görkәmindәn acıqlı olduğu, ya
   654   655   656   657   658   659   660   661   662   663   664