Page 657 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 657
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 657
Dәrhal da dediyimin peşmançılığını çәkdim: istәmirdim özünә
sual versin ki, bәs onda mәnim evimdә nә gәzirsәn.
– Mәn onlarla tәzәlikcә tanış olmuşam, – izah etdim. –
Ağıllarına yaxşı bir fikir gәldi ki, mәni dә sizin evinizә gәtirsinlәr.
Darius yenә gülümsәdi.
– Dostlarımın dostları mәnim dostlarımdır, – dedi.
Ancaq onu nigaran qoymuşdum, çünki mәnim kim olduğumu
bilmirdi. Onu sakitlәşdirmәk üçün bacardığım qәdәr mülayim
sәslә dedim:
– Siz belә xoş axşamları tez-tez düzәldirsiniz?
– Hә, avqustda. Hәmişә dә arvadım yanımda olmayanda.
Qonaqların әksәriyyәti qonaq otağını tәrk etmişdi. Görәsәn,
onlar balkonlara necә sığışmışdılar?
– Arvadım gedәndә mәn özümü dәhşәtli dәrәcәdә tәnha hiss
edirәm.
Onun baxışlarına nәsә bir mәyusluq çökdü. Amma gülümsә-
mәkdә davam edirdi. Əla imkan düşmüşdü ki, arvadının adının
Jaklin olub-olmadığını soruşum, amma ürәk elәmәdim.
– Bәs siz özünüz Parisdә yaşayırsınız? – o soruşdu.
Bu sual sırf nәzakәt xatirinә verilmişdi. Axı mәni evindә
qәbul etmişdi; istәmirdi ki, qonaqlardan ayrı, tәklikdә divanda
oturum.
– Hә, amma hәlә bilmirәm, qalacam, yoxsa…
Mәn qәfildәn ona inanmaq istәdim. Axı üç ay idi ki, heç kәslә
kәlmә kәsmirdim.
– Mәn harda olsa işlәyә bilәrәm: tәki kağız-qәlәm olsun...
– Siz yazıçısınız?
– Əgәr bunu yazıçılıq hesab etsәk…
Xahiş etdi ki, kitablarımın bir-ikisinin adını çәkim – bәlkә
hansınısa oxumuşdu.
– İnanmıram, – dedim.