Page 653 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 653
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 653

Əlacım yalnız ona qalırdı ki, bir-bir hamısına zәng edim.
– Eşidirәm… Allo?
– Jaklini olarmı?
– Siz nömrәni sәhv salmısınız.
Dәstәyi asdım. Başqa nömrәlәri yığmağa cәsarәtim çatmadı.
Gecәnin düşmәsini gözlәdim. Hoteldәn çıxdım. Sükan arxasına
keçib maşını yerindәn tәrpәtdim. Parisi yaxşı tanıyırdım, әgәr
piyada olsaydım, Myüetә gedәn әn kәsә yolu tapardım, amma
maşınla azıb yolu çaşdırdım. Sükan arxasında çoxdan oturmamışdım
vә bilmirdim hansı küçәlәrdә hәrәkәt birtәrәflidir. Qәt etdim ki,
düz gedim, heç yana burulmayım.
Sаhilyanı Passidәn vә Versal küçәsindәn böyük bir dövrә vur-
dum. Sonra boş, adamsız Myur bulvarıyla getdim. Qırmızı işıqda
dayanmaya da bilәrdim, amma qaydalara riayәt elәmәk xoşuma
gәlirdi. Asta sürürdüm, heç bir qayğım yox idi, sanki yay axşamı
dәniz kәnarına gәzintiyә çıxmışdım. İşıqforlar öz sirli vә dostyana
siqnallarını yalnız mәnә göndәrirdi.
Küçәnin o biri tәrәfindәn gәlib maşını evin yanında, fәnәrlәrin
tutqun zolağı düşәn Bulon meşәsinin birinci ağaclarının altında
әylәdim. Giriş qapısının metal üzlüklü hәr iki şüşә layı, elәcә dә
sonuncu mәrtәbәnin taybatay açılmış pәncәrәlәri işıqlandırılmışdı.
Eyvanların birindә bir neçә tutqun fiqur görsәnirdi. Qulağıma
musiqi sәdası vә anlaşılmaz danışıq sәslәri çatırdı. Evin qabağında
avtomobillәr gәlib dayanırdı vә mәn başa düşdüm ki, maşından
düşüb binaya girәn adamların hamısı sonuncu mәrtәbәyә qalxır.
Elә bu vaxt kimsә eyvandan aşağı әyilib artıq giriş qapısından
içәri girmәkdә olan cütlüyü çağırdı. Çağıran qadın sәsi idi – cüt-
lüyә hansı mәrtәbәyә qalxacaqlarını bildirirdi. Amma bu sәs Jak-
lininki deyildi, yoxsa әn azından mәn onu tanıyardım. Fikirlәşdim
ki, daha pusquda durmaq yetәr, qoy yuxarı qalxım. Əgәr qәbul
hәqiqәtәn Jaklinin evindәdirsә, görәsәn, on beş il әrzindә haqqında
   648   649   650   651   652   653   654   655   656   657   658