Page 650 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 650
Ïàòðèê Ìîäèàíî

Hәyatımı yaddaşsız vәziyyәtdә bu skamyadaca başa vurmaq hә-
qiqәtәn tәәssüfedici olardı. Hәtta ünvanı yoldan ötәnlәrә çatdırmaq
gücündә dә deyildim… Xoşbәxtlikdәn, cibimdә doğum şәhadәt-
namәsi vardı. Parisdә azmış itlәrin boynundakı xaltada sahiblәrinin
ünvanı vә telefon nömrәsi yazılır… Vәziyyәtimin sәbatsızlığını
özümçün aydınlaşdırmağa çalışdım. Artıq bir neçә hәftәydi ki,
heç kimi görmürdüm. Zәng vurduğum adamlar hәlә mәzuniyyәtdәn
qayıtmamışdılar. Bundan başqa, nahaq yerә mehmanxananı şә-
hәrin mәrkәzindәn xeyli aralıda seçmişdim. Yay tәzә başlayanda
mәn orda qısa müddәtә qalmağı, sonra isә ya mәnzil, ya otaq tut-
mağı planlaşdırmışdım. İçim şübhәylә dolmuşdu: hәqiqәtәnmi
mәn Parisdә qalmaq istәyirәm? Nә qәdәr ki yay qurtarmayıb –
mәn vur-tut turist olduğumu düşünәcәm, ancaq elә ki payız gәl-
di, adamlar da, әşyalar da tәzәdәn öz gündәlik rәngini alacaq:
boz. Vә mәn özümdәn soruşurdum: bu rәngin içindә әriyib itmә-
yә mәnim gücüm yetәrlidirmi?

Mәn, şübhәsiz öz ömrümün müәyyәn mәrhәlәsinin sonuna
gәlib çatmışdım. Bu ömür on beş il uzanmışdı, indi isә, mәn öz
hәyat tәrzimi dәyişәnәcәn ölü mövsüm artıq özünü yetirmişdi.
Mәn on beş il geridә yerlәşmәyә cәhd göstәrdim. Onda da nәsә öz
son hәddinә çatmışdı. Onda mәn valideynlәrimdәn aralanmışdım.
Atam mәnә kafedә, hotellәrin vestibülündә, yaxud vağzalәtrafı
bufetlәrdә görüş tәyin edirdi, sanki bilәrәkdәn adamların çox da
lәngimәdiyi yerlәri seçirdi ki, mәndәn tez qurtulsun vә öz sirlәri
ilә qaçıb aradan çıxsın. Biz üzbәüz әylәşib yerimizdә kirimişcә
qalırdıq. Hәrdәnbir atam mәnә altdan-altdan göz qoyurdu. Anam
mәnimlә getdikcә daha ucadan danışırdı, mәn bunu yalnız
dodaqlarının tәrpәnişindәn belә güman edirdim: bizim aramızda
sanki onun sәsini boğub eşidilmәz edәn şüşә divar vardı.

Sonra isә növbәti on beş il hissәlәrә bölünmәyә başladı: cәmi-
cümlәtanı bir neçә әriyib itәn sifәt, bir neçә dumanlı xatirә, kiminsә
külü… Mәn bir tikә dә kәdәrlәnmәdim, әksinә – nәsә bir yüngüllük
   645   646   647   648   649   650   651   652   653   654   655