Page 652 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 652
Ïàòðèê Ìîäèàíî

Bu fikir hoteldә ağlıma gәlmişdi. Mәhәllә mәnә o qәdәr boş görü-
nür vә avqust günlәrinin Parisindә piyada, ya metro ilә gәzmәkdәn
özümü elә tәnha hiss edirdim ki, avtomobilin olması mәnә toxtaqlıq
verirdi. Belәdә tәskinliyim olurdu ki, ürәyimdәn keçәn istәnilәn
anda Parisdәn gedә bilәrәm. Axırıncı on dörd ildә mәn özümü
başqalarının, hәm dә elә öz әsirim kimi hiss etmişdim vә bütün
yuxularım bir-birinә bәnzәyirdi; bu yuxular qaçış haqqında,
qatarlarda getmәyim haqqında idi, amma bәdbәxtlikdәn vağzala
hәmişә gecikir, bir dәfә dә olsun vaxtında gәlib çatmırdım. Ya
keçidlәrdә, ya platformada elә hey itib-batırdım, metronun qatarı
isә gәlib çıxmaq bilmirdi. Bir dә yuxuda onu görürdüm ki, evdәn
çıxıb nәhәng amerikan avtomobilinin sükanı arxasında әylәşirәm;
avtomobil boş küçәlәrlә Bulon meşәsinә şütüyür, intәhası mühәrrikin
sәsi eşidilmir vә mәn bir yüngüllük, bir rahatlıq hiss edirәm.

Xidmәt stansiyasının sahibi açarı mәnә verdi; arxa sürәtә ke-
çib maşını daldalı verәndә kişinin sifәtindәki sarsıntını gördüm –
az qala yanacaq sütunlarından birinә çırpılacaqdım. Qorxuya
düşmüşdüm ki, növbәti işıqforda maşını әylәyә bilmәrәm. Mәnim
yuxularımda belә olurdu: әylәclәr tutmurdu, mәn dә işıqforların
heç birindә dayanmır vә birtәrәfli hәrәkәt zolağı olan küçәlәrdә
hәmişә әks-istiqamәtdә gedirdim.

Maşını hotelin qabağına gәtirib çıxara bildim. İnzibatçıdan
telefon mәlumat kitabçasını istәdim. Hәmin ünvanda Jaklinin
adına rast gәlmәdim. Amma on beş ilin әrzindә, ola bilsin, әrә
getmişdi. Görәsәn, hansının arvadı ola bilәrdi?

Delorom P.
Dintiyak
Cons E. Sesil
Lakost Rene
Valter J.
Sançes-Sires
Vidal
   647   648   649   650   651   652   653   654   655   656   657