Page 647 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 647
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 647
düşmüşdü. Yarpaqlar tәrpәnmirdi. Hava sanki donmuşdu, mehdәn
әsәr-әlamәt yox idi.
Temzanın düz böyründә, sahil küçәsiylә üzbәüz barjаdakı
restoranın neon lövhәsi parıldayırdı. Əynindә livreya olan xidmәtçi
trapda hazır dayanmışdı, ancaq hәr şeydәn göründüyü kimi,
restorana gәlib-gedәn yox idi. Mәn elәcә yerindә donub-qalmış
xidmәtçiyә baxırdım. Günün bu saatında sahil küçәsindә heç bir
maşın-filan gözә dәymirdi vә mәn nәhayәt ki, yayın әn sakit, әn
mәhzun çağına düşmüşdüm.
Çepstous Villasda mәn çarpayıya uzanıb әvvәl yazıya girişdim,
sonra işığı söndürüb qaranlıqda gözlәmәyә başladım.
Jaklin saat üçdә qayıdırdı, hәmişә dә tәk – bir müddәt qabaq
Linda yenidәn yoxa çıxmışdı.
Qapını sakitcә açdı. Bu vaxt mәn özümü yalandan yuxululuğa
vurmuşdum.
Bir müddәtdәn sonra isә ta sübhәcәn gözümә yuxu getmәdi,
intәhası Jaklinin addım sәslәrini pillәkәndә bir dә heç vaxt eşitmәdim.
***
Dünәn, şәnbә günü, min doqquz yüz doxsan dördüncü ilin bir
oktyabrında mәn metro ilә İtaliya meydanından evә qayıdırdım.
Videokaset dalınca guya başqalarından daha yaxşı tәchiz olunmuş
bir mağazaya getmişdim. Çoxdandı İtaliya meydanında olmamışdım,
baxdım ki, göydәlәnlәrin ucbatından meydan xeyli dәyişib.
Metro vaqonunda qapının yanında dayanmışdım. Mәndәn sol
tәrәfdә, vaqonun o başında bir qadın oturmuşdu. Əynindә bej
rәngli köhnә plaş vardı, gözünә gün eynәyi taxmış, boynuna
yaylıq bağlamışdı. Mәnә elә göründü ki, bu – Jaklindir. Metronun
yeraltı xәtti Ogüst Blanki bulvarına çıxır. Gündüzün işığında
onun sifәti arıq görsәnirdi. Mәn Jaklinin üz cizgilәrini yaxşı
tanıyırdım. O idi – mәn buna demәk olar ki, qәti әmin idim.
O, mәni görmәdi. Gün eynәyi onun gözlәrini gizlәtmişdi.