Page 646 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 646
Ïàòðèê Ìîäèàíî
onu yeni musiqilәr, parlaq, rәngarәng paltarlar dolduracaqdı.
Mәnә elә gәlir ki, Dolfin Bağdakı belә gecәlәrdә mәn qәfildәn
cavanlaşmış şәhәrin maraqlı sakinlәri olacaq adamlardan bir ne-
çәsiylә rastlaşmışdım.
İndi mәn sәhәrlәr yox, gecәlәr yazırdım – gecәyarıdan xeyli
keçmiş. Bu vaxtı ondan ötrü seçmәmişdim ki, sakitlikdәn, ya
rahatlıqdan yararlanım, yox, sadәcә, iş saatını yubadır, amma hәr
dәfә dә tәnbәlliyi üstәlәyә bilirdim. Mәn bu vaxtı başqa sәbәbә
görә seçmişdim: Londondakı ilk günlәrimizdә tez-tez hiss etdiyim
hәyәcanın qayıdacağından qorxurdum.
Heç şübhәsiz, Jaklin dә eyni hәyәcanı hiss edirdi, intәhası
ona yığnaq da lazım idi, sәs-küylü mәclislәr dә.
Gecәyarı o, Lindaya qoşulub gedirdi. Onlar ya Raxmanın
tәşkil etdiyi әylәncә axşamına yollanır, ya da Nottinq Hillin sakit
bir guşәsinә çәkilirdilәr. Raxmanın әylәncә axşamlarında bir
yığın adamla tanış olmaq mümkün idi vә öz növbәsindә bu
adamlar da sәni dәvәt edirdilәr. Savundra deyirdi ki, Londonun
әyalәt olması barәdә tәәssüratım ilk dәfәydi yoxa çıxırdı. Hava
sanki elektrik cәrәyanı ilә yüklәnmişdi.
Axırıncı gәzintilәrimizi xatırlayıram: mәn Jaklini Dolfin Bağa,
Raxmangilә ötürdüm. Özümün içәri keçmәyә, qonaqların arasında
görünmәyә çox da meyilim yox idi. Amma evә qayıtmaq da mәni
bir qәdәr qorxudurdu: yenә yazmaq, cümlәlәri, ifadәlәri ağ sәhifәnin
üstünә düzmәk lazım gәlәcәkdi. Amma seçim imkanı yox idi.
Belә gecәlәrdә taksi sürücüsündәn xahiş edirdik ki, Viktoriya
vağzalının yanında maşını әylәsin. Taksidәn düşüb Pimlikonun dar
küçәlәriylә Temzaya gedirdik. İyul ayı idi. Havalar yaman bürkülü
keçirdi, ancaq biz hәr dәfә hansısa çәpәrli bağın böyründәn keçәndә
çökәlәrin vә başqa ağacların qoxusunu gәtirәn meh üzümüzә vururdu.
Mәn Jaklinlә giriş qapısının ağzında ayrıldım. Dolfin Bağdakı
iri evlәr ay işığında çox aydın seçilirdi. Sәkiyә ağacların kölgәsi