Page 641 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 641
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 641
tәzәdәn burnuma vurdu, amma buranın üfunәti daha kәskin idi.
Ürәyim bulandı. Raxman portfelini eşәlәyib bu dәfә ordan fәnәr
tapıb çıxartdı. İşıqlanan otağın uzaq küncündә gözümә his-pas
tutmuş köhnә mәtbәx plitәsi sataşdı. Taxta sürahısı qırılmış dik
pillәkәn ikinci mәrtәbәyә aparırdı.
– Bir halda ki, qәlәm-kağızınız üstünüzdәdir, onda qeyd elәyә
bilәrsiniz…
Raxman eyni kökdә olan qonşuluqdakı uçuq evlәri, sınıq-
salxaq otaqları gәzә-gәzә mәnә müәyyәn mәlumatları diktә elәyir,
onları qara portfeldәn çıxartdığı kitabçasındakı qeydlәrlә bircә-
bircә tutuşdurub yoxlayırdı.
O biri sәhәr mәn öz romanımın davamını dünәn qeydlәr apar-
dığım vәrәqin arxa üzündә yazmalı oldum. Raxmandan qalan
qeydlәri mәn bugünәdәk saxlamışam. Bunları o mәnә niyә diktә
elәmişdi? Bәlkә ona görә ki, hardasa nüsxәsi qalsın?
Nottinq Hill mәhәllәsindә dayandığımız birinci yer Povis Bağ
adlanırdı. Ardınca xırda küçәlәr – Povis Terass vә Povis Qardens
gәlirdi. Raxmanın diktәsi altında mәn Povis Teрassdakı 5, 9, 10,
11 vә 12 nömrәli, Povis Qardensdәki 3, 4, 6 vә 7 nömrәli, Povis
Bağdakı 13, 45, 46 vә 47 nömrәli evlәri, hәmçinin Raxmanın
dәqiqlәşdirdiyi kimi, “Eduard” dövrünün sıra ilә düzülmüş tağlı
evlәrini bloknotuma qeyd etdim. Müharibәdәn sonra buralıqda
yamaykalılar mәskunlaşmağa başlamışdı, amma evlәri uçurmağa
başlayanda Raxman onların hamısını bir yerdә elliklә almışdı vә
indi, hamı köçüb gedәndәn sonra, buralarda daha heç kәs
yaşamayanda ağlına gәlmişdi ki, әsaslı tәmir işlәri aparsın.
O, burda yamaykalılardan qabaq yaşamış keçmiş sakinlәrin
soyadlarını tapdı. Mәn Povis Qardensdәki 5 nömrәli evdә yaşamış
hansısa Lüis Consun, Povis Bağdakı 13 nömrәli evdә yaşamış
Çarlz Edvard Bodenin, 46 nömrәli evdә yaşamış Artur Filip
Koenin, 47 nömrәli evdә yaşamış Meri Mottonun ad-soyadını
qeyd elәdim… Bәlkә onlar Raxmana iyirmi ildәn sonra hansısa