Page 637 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 637
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 637

– Siz ondan bir soruşun, – Savundra mәslәhәt gördü. – Ola
bilәr ki, sizә cavab versin…

Biz Vestburn Qrova çatdıq. Savundra әl elәyib yanımızdan
ötәn taksini saxlatdı.

– Bağışlayın ki, sizi evә qәdәr ötürә bilmәyәcәm… Yaman
yorulmuşam, ayaq üstdә güclә dururam…

Taksiyә minmәzdәn qabaq o, boş siqaret qutusunun üzәrindә
öz ünvanını vә telefon nömrәsini yazdı. İstәyirdi ki, mәn onunla
mümkün qәdәr tez vaxtda әlaqә saxlayım vә mәnim ssenariyә et-
diyim düzәlişlәrә bir yerdә oturub baxaq.

Biz ikilikdә qaldıq.
– Bәlkә evә getmәzdәn qabaq bir az gәzişәk? – mәn Jaklinә
tәklif etdim.
Çepstous Villasda bizi nә gözlәyirdi? Lindanın bizә söylәdiyi
kimi, mebeli pәncәrәdәn bayıra vızıldadan Raxmanmı? Yoxsa
Raxman onları bir yerdә tutmaq üçün hardasa gizlәnib Lindanı
vә onun yamaykalı dostlarını xәlvәtcә izlәmişdi?
Gәlib bir bağa çatdıq, amma yadımdan çıxıb adı necәydi.
Mәnzilin lap yaxınlığında yerlәşirdi, sonradan Londonun xәritәsindә
onun adını çox axtardım. Bәlkә Ledbrok Skver idi? Yoxsa bu, bir
az aralıdakı – Beysuoter rayonundakı bağın adıydı?
Bağın haşiyәlәnmiş evlәrinin fasadı qaranlıq idi vә әgәr hәmin
gecә fәnәrlәri söndürsәydilәr, biz bәdirlәnmiş ayın işığına әsasәn
istiqamәt götürә bilәrdik.
Bağın әl qapısının kilidindә yaddan çıxmış açar vardı; mәn
onu burub qapını açdım vә biz bağa girdik. İçәri keçәndәn sonra
qapını arxamızca bağladım. İndi biz bütün dünyadan tәcrid olun-
muşduq; daha heç kәs içәri girә bilmәzdi. Xoş bir sәrinlik bizi öz
ağuşuna aldı, elә bil meşә cığırına düşmüşdük. Başımız üzәrindәki
ağacların yarpaqları elә sıx idi ki, arasından ay işığı zorla
süzülürdü. Otu çoxdan biçmәmişdilәr. Ətrafına çınqıllar sәpәlәnmiş
taxta skamya tapıb oturduq. Gözlәrim toranlığa alışanda bağın
   632   633   634   635   636   637   638   639   640   641   642