Page 640 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 640
Ïàòðèê Ìîäèàíî
Biz Jaklinlә birlikdә “Rio”ya, Nottinq Hillin ucqarlarınacan
gedib çıxdıq. Hәmin o yamaykalı sahibdәn Еcerosu vә Lindanı
görüb-görmәdiyini xәbәr aldıq. Çәkinә-çәkinә cavab verdi ki,
bәs onları çoxdandır görmür. Müştәrilәrin görkәmi dә elә onunku
kimiydi: nәsә bizdәn ehtiyat edir, mәsafә saxlayırdılar.
***
Bir sәhәr, vәrdiş elәdiyim kimi, bloknotumu götürüb evdәn
çıxarkәn bayırda Raxmanın “Yaquar”ını görüb tanıdım – maşın
Çepstous Villasla Ledbkri Roudun tinindә dayanmışdı.
– İşlәr necәdir, qoca? – o, başını pәncәrәdәn çıxarıb soruşdu.
– Mәnimlә fırlanmaq istәmirsiz ki?
Qapını açdı vә mәn onunla yanaşı әylәşdim.
– Biz bilmirdik sizә nolub, nә baş verib, – dedim.
Lindanın adını çәkmәyә cәsarәt elәmәdim. Kim bilir, bәlkә
öz avtomobilindә oturub çoxdan onu güdürdü.
– İş kalandır… Baş qaşımağa macal yoxdur… Hәmişә dә
eyni şeylәr.
O, öz soyuq nәzәrlәrini sümük sağanaqlı eynәyin qalın şüşәsi
arxasından düz üzümә zillәmişdi.
– Siz necә? Xoşbәxtsiniz?
Mәn çaşqın tәbәssümlә cavab verdim.
Raxman maşını yarıuçuq, xaraba evlәri olan hansısa küçәdә
saxladı: buraları sanki tәzәlikcә bombalamışdılar.
– Görürsüz? Bax mәn hәmişә belә yerlәrdә işlәyirәm…
Sәkiyә çıxıb qara portfelindәn bir topa açar çıxartdı, sonra
nәsә fikirlәşib açar tоpasını pencәyinin cibinә soxdu.
– İndi bunlar daha heç nәyә yaramır…
Evlәrdәn birinin qapısını tәpiklә vurub taybatay açdı. Qapının
boyası getmişdi, qıfıl yerindә dә oyuq qalmışdı. Biz içәri keçdik.
Divarların suvağı qopub tökülmüşdü, döşәmә tikintiyә aid hәr
cür zir-zibillә doluydu. Sasseks Qardens mehmanxanasındakı iy