Page 639 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 639
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 639
Yaşca özündәn xeyli cavan qızlar saxlayır, hamısını da Lindanın
mәnzilinә oxşayan mәnzillәrә yerlәşdirirdi. Qızlara adәtәn günün
ikinci yarısında baş çәkirdi. Soyunmadan, qabaqcadan heç bir
sığal-tumara ehtiyac duymadan tәlәb edirdi ki, qız arxasını ona
çevirsin. Dişini fırçalayırmış kimi, işini tez-tәlәsik, nәvazişsiz-
filansız görürdü. Sonra da hәmişә qara portfelindә gәzdirdiyi
balaca şahmat lövhәsini çıxarıb onunla oynayırdı.
***
İndi biz mәnzildә tәk yaşayırdıq. Linda yoxa çıxmışdı. Biz daha
axşamlar Yamayka musiqisi vә gülüş sәslәri eşitmirdik. Lindanın
qapısından düşәn işıq zolağına öyrәşdiyimizdәn indi özümüzü bir
qәdәr naqolay hiss edirdik. Bir neçә dәfә Maykl Savundraya zәng
vurub danışmaq istәmişdim, amma dәstәyi qaldıran olmamışdı.
Elә yoxa çıxmış, elә әriyib itmişdilәr ki, heç elә bil onlarla
heç vaxt rastlaşmamışıq. Axırda biz bu otaqda iştirakımızı
çәtinliklә dә olsa özümüzә izah edә bildik. Bizdә, hәtta belә bir
tәәssürat yaranmışdı ki, bu mәnzilә qapını sındırıb soxulmuşuq.
Sәhәrlәr mәn romandan iki sәhifә yazıb “Lido”ya gedirdim
ki, bәlkә Peter Raxman ötәn dәfәki kimi tәsadüfәn Serpantinin
sahilinә gәlәr, çimәrlikdәki hәmin masanın arxasında ola bilәr.
Di gәl ki, orda onunlа bircә dәfә dә rastlaşmadım. Kassirdәn dә
soruşdum, dedi ki, heç bir Peter Raxman tanımır. Maykl Savund-
ranın Usmpon stritdәki evinә baş çәkdim. Qapının zәngini nә qә-
dәr basdımsa da, әbәs yerә. Sonra aşağı düşüb üzәrindә “Jüsten
de Blanke” lövhәsi asılmış birinci mәrtәbәdәki şirniyyat dükanına
girdim. Bu ad mәnim niyә yadımda qalmışdı? Bilmirәm. Amma
heç o da – hәmin bu Jüsten de Blanke dә mәnә mәlumat verә
bilmәdi. O, Savundranı yalnız sifәtdәn tanıyırdı. Hә, hә, Cozef
Kottenә oxşayan qaraşın, vәssalam. Bir dә onu dedi ki, Savundra
buralarda, ümumiyyәtlә, çox nadir hallarda olur.