Page 642 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 642
Ïàòðèê Ìîäèàíî
kağızı imzalamaq üçün lazım olmuşdular? Amma çox da inandırıcı
görünmürdü. Mәn ondan bu adamlar barәdә soruşanda cavab
verdi ki, onların әksәriyyәti “ildırımsürәtli müharibә” vaxtı heç
şübhәsiz ki, xәbәrsiz-әtәrsiz yoxa çıxıblar.
Beysvater mәhәllәsini kәsib Paddinqton vağzalına istiqamәt
götürdük. Bu dәfә dәmiryolları boyunca tağlı evlәrin düzüldüyü
Orsett Terassda dayandıq. Bu evlәr әvvәlkilәrdәn hündür idi,
qapıların üstündәki qıfıllar da hәlә salamatdı – belә ki, Raxman öz
açar dәstindәn istifadә elәdi. Girdiyimiz ev tәmiz idi, içәridә tikinti
zir-zibili gözә dәymirdi, çirkli divar kağızları, çürüyüb tökülәn
pillәkәnlәr yox idi. Amma otaqlarda insan nәfәsindәn әsәr-әlamәt
yoxdu, sanki bu evlәr hansısa film üçün dekorasiya kimi hazırlanmışdı,
sonra isә dekorasiyaları yığışdırmaq, sadәcә, yaddan çıxmışdı.
– Bunlar gәlmәlәr üçün tikilәn köhnә hotellәrdir, – Raxman
belә izah elәdi.
Biz Holland Parkdan keçib Hammersmitdә peyda olduq. Mәn
heç vaxt bu qәdәr uzağa getmәmişdim. Raxman maşını Tolqart
Roudda – kottecә oxşayan, dәnizkәnarı villaları xatırladan bir
cәrgә evin qarşısında saxladı. Biz adam yaşamayan boş evlәrdәn
birinin ikinci mәrtәbәsinә qalxdıq. İrәli çıxmış iri pәncәrәnin
şüşәsi yox idi, sınmışdı. Bayırdan avtomobillәrin sәsi eşidilirdi.
Otağın küncündә üstünә pijama atılmış qatlama çarpayı gözümә
dәydi; bir dә sellofan paketdә kostyum vardı – sanki camaşırxanadan
onu elә indicә gәtirmişdilәr.
– Hәrdәnbir günortadan sonra bura gәlib yuxumu alıram, –
Raxman dedi; o mәnim nәzәrlәrimi tutmuşdu.
– Bәs maşınların sәsi sizә mane olmur? – soruşdum.
Çiyinlәrini çәkdi. Sonra sellofan paketdәki kostyumu götürdü
vә biz pillәkәnlә aşağı endik. O, sağ әlindә kostyum, sol әlindә
qara portfel qabaqda gedirdi, lap eynәn әyalәtdәki müştәrilәrinә
baş çәkmәk üçün evdәn çıxan kommivoyajora oxşayırdı.