Page 643 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 643
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 643

Kostyumu sәliqә ilә avtomobilin arxa oturacağına qoyub
sükan arxasına keçdi. Tәzәdәn geri dönüb Kensinqton Qardens
istiqamәtindә yola düzәldik.

– Mәn bundan da pis olan namünasib yerlәrdә yatmışam…
Mәnә soyuq nәzәrlәrlә baxıb әlavә elәdi:
– Tәxminәn sәn yaşlarda olardım…
Biz artıq Holland Park Avenyuya çatmışdıq; bir azdan adәtәn
bu vaxtlar romanımı yazdığım kafeteriyanın yanından keçәcәkdik.
– Müharibәnin axırlarında düşәrgәdәn qaçdım… Bir evin
zirzәmisinә sığınmışdım… orda da siçovullar tüğyan elәyirdi…
yatmağa qorxurdum, fikirlәşirdim ki, birdәn yuxulasam, mәni
diri-diri gәmirәrlәr… Hәrdәn mәnә elә gәlirdi ki, elә özüm dә
siçovulam… Onsuz da dörd il әrzindә mәni siçovul olduğuma
inandırmışdılar…
Kafeteriyanı ötüb-keçdik. Hә, mәn Raxmanı romanıma sala
bilәrdim: baş qәhrәmanlar onunla Şimal vağzalının әtrafında
görüşә bilәrdilәr.
– Siz İngiltәrәdә doğulmusunuz? – soruşdum.
– Yox, Lvovda, Polşada.
Ağızucu cavab verdi vә mәn başa düşdüm ki, başqa heç nә
öyrәnә bilmәyәcәm.
İndi biz Hayd Park boyunca, Merbl Arç istiqamәtindә gedirdik.
– Mәn kitab yazmağa çalışıram, – söhbәti tәzәdәn başlamaq
üçün utana-utana dedim.
– Kitab?
Bir halda ki, Raxman Lvovda, Polşada doğulmuşdu vә
müharibәdәn salamat çıxmışdı – demәli, Şimal vağzalının әtrafında
da çox asanlıqla peyda ola bilәrdi. Tәsadüfün işidir.
Merilebon vağzalının qarşısında Raxman sürәti azaltdı vә
mәn düşündüm ki, dәmiryolu uzunu düzülmüş yarıuçuq evlәrә
baxmaq üçün dayanacağıq. Amma belә olmadı, biz dar küçәdәn
adlayıb Ricents Parka çıxdıq.
   638   639   640   641   642   643   644   645   646   647   648