Page 635 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 635
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 635

üçün başını fırladanda sümük sağanaqlı eynәyi gözündәn yerә
düşdü. Savundra ilә ikimiz araya girib onları ayırmağa başladıq.
Yamaykalılar, meyxanadakı o biri müştәrilәr hamısı bizim masanın
әtrafına toplaşmışdılar. Jaklin heç nә olmamış kimi sakitcә öz
siqaretini çәkirdi, gözü qarşısındakı bu sәhnә sanki heç vecinә
deyildi. Bu vaxt Eceros Raxmanın boynundan yapışmışdı vә
höcәt şagirdini sinifdәn çıxaran müәllimsayağı onu giriş qapısına
tәrәf dartırdı. Raxman hәr vәchlә ondan qopmağa çalışırdı, axırda
sol әlini sәrt şәkildә hәrlәdib yamaykalının burnuna bir yumruq
ilişdirdi. Eceros onu buraxdı. Raxman kafenin qapılarını taybatay
açıb sәkiyә çıxdı vә qәfil qızışdığı kimi qәfil dә sustaldı.

Döşәmәdәn götürdüyüm sümük sağanaqlı eynәyini yaxınlaşıb
ona uzatdım. Raxman birdәn-birә tamamilә sakitlәşmişdi.

– Sağ ol, qoca, – o, mәnim yanağımı sığallayıb dedi. – Bu
ingilis fahişәlәrinә görә narahatçılığa dәymәz…

Pencәyinin cibindәn ağ dәsmalını çıxarıb eynәyin şüşәsini
sәliqә ilә silib tәmizlәdi vә xüsusi әda ilә gözünә taxdı. Sonra öz
“Yaquar”ına mindi. Maşını tәrpәtmәzdәn qabaq şüşәni aşağı
salıb mәnә belә dedi:

– Qoca, sizә bircә şey arzulayıram ki, rәfiqәniz heç vaxt bu
ingilis fahişәlәrinә oxşamasın…

Masa arxasında dәrin sükut hökm sürürdü. Linda da, Maykl
Savundra da çox fikirli görünürdülәr. Eceros yerindә sakitcә
oturub siqaretini çәkirdi; onun burun pәrәlәrinin birindә bir
damcı qan laxtalanıb qalmışdı.

– Peterin qanı it qanına dönәcәk, – Savundra dedi.
– Çox çәkmәz, bir neçә günә keçib gedәcәk, – Linda çiyinlәrini
çәkib cavab verdi.
Biz Jaklinlә baxışdıq; hiss etdim ki, bir-birimizә eyni sualı
veririk: Çepstous Villasda qalaqmı? Vә, ümumiyyәtlә, bizim
burda, bu üç nәfәrin arasında nә itimiz azıb?
   630   631   632   633   634   635   636   637   638   639   640