Page 630 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 630
Ïàòðèê Ìîäèàíî

– Mәni üzrlü bilin, – dedi, – evdә tәk deyilәm...
– Biz, sadәcә, sizә xoş axşam arzulamaq istәyirdik, – Jaklin
dedi.
Linda nәsә tәrәddüd içindә idi, sonra danışmağa qәrar verdi:
– Deyin görüm, sizә etibar edә bilәrәmmi? Biz Peterlә bir
yerdә olanda vacib deyil bu barәdә nәsә danışaq, istәmirәm bura
kimisә gәtirdiyimi bilsin… o yaman qısqancdır… Ötәn dәfә
qәfil gәlib üstümüzә çıxdı, әlinә keçәn hәr şeyi vurub sındırdı,
mәni dә az qala pәncәrәdәn atacaqdı.
– Bәs birdәn bu gün dә gәlsә? – mәn soruşdum.
– Gәlmәz. İki günlüyә dәniz kәnarına, Blekpulda köhnә
daxma almağa gedib.
– Nәyә görә o bizimlә belә xoş davranır? – Jaklin soruşdu.
– Cünki cavanları xoşlayır. Peter öz yaşıdlarından demәk olar
ki, heç kәslә oturub-durmur, xoşladığı yalnız cavanlardır…
Boğuq bir kişi sәsi içәridәn onu çağırdı; çox zәif sәs idi –
musiqi sәdaları çox güclü olduğundan zorla eşidilirdi.
– Bağışlayın… Tezliklә görüşәrik… Özünüzü evinizdәki kimi
hiss edin…
Gülümsәyә-gülümsәyә qapını örtdü. Musiqi sәsi güclәndi,
biz bu sәsi küçәdә evdәn xeyli aralanarkәn dә eşidirdik.
– Hәr halda, bu Raxman çox qәribә tipdir, – Jaklinә dedim.
– Mәnimçün qorxulu deyil, – Jaklin çiyinlәrini çәkdi; sanki
bu tip kişilәri yaxşı tanıdığından onu tamamilә tәhlükәsiz sayırdı.
– Hәr halda, o cavanları xoşlayır…
Bu ifadәni qaşqabaqlı tonda söylәmәyim Jaklini güldürdü.
Hava qaralır, axşam düşürdü. O, mәnim qoluma girdi. Daha
özümü suallarla yormaq, gәlәcәyi düşünә-düşünә narahatlıq ke-
çirmәk istәmirdim. Sakit әyalәt küçәlәriylә gәzә-gәzә gәlib
Kensinqtona çatdıq. Jaklin әlini qaldırıb böyrümüzdәn keçәn
taksini saxladı, sürücüyә Kinqsbric yaxınlığındakı italyan restoranının
   625   626   627   628   629   630   631   632   633   634   635