Page 627 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 627
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 627
– Çox istәyәrdim ki, siz bu ssenarini oxuyaydınız, – Savundra
pәrtliyi aradan qaldırmaq üçün bizә üz tutdu, – Orda hadisәlәrin
Parisdә cәrәyan etdiyi bir neçә sәhnә var. Siz fransızca gedәn
sәhvlәri düzәldә bilәrdiniz.
– Yaxşı fikirdir, – Raxman tәsdiqlәdi. – Qoy oxusunlar…
Mәnә rәy verәrlәr, oxuyub fikirlәrini bildirәrlәr…
Biz yenidәn Raxmanın “Yaquar”ına minib, arxa oturacaqda
әylәşdik, Savundra isә Hayd Parkın xiyabanı ilә piyada getdi.
– Görәsәn, yaxşı ssenaridir? – mәn maraqlandım.
– Əlbәttә. Mәn әminәm ki, çox yaxşıdır, – Linda cavab verdi.
– Götürüb baxa bilәrsiniz, – Raxman dedi. – Orda, ayağınızın
altındadır.
Doğrudan da ayağımın böyründә, maşının döşәmәsindә bej
rәngli bir qovluq vardı. Mәn onu yerdәn qaldırıb dizlәrimin
üstünә qoydum.
– Ürәyindәn keçir ki, film üçün mәn ona otuz min funt verim,
– Raxman dedi. – Otuz min funt. Heç zaman oxumayacağım
ssenari üçün xeyli böyük mәblәğdir…
Biz Sasseks Qardens mәhәllәsinә gәlib çatdıq. Qorxdum ki,
birdәn bizi qaldığımız hotelә aparar vә elә о dәqiqә dәhlizin,
nömrәnin kәskin qoxusunu yenidәn hiss elәdim. Amma Raxman
maşını saxlamadı vә biz Hottinq Hill istiqamәtindә getmәyә
davam elәdik. Maşın sola, kinoteatrların olduğu küçәyә buruldu,
sonra isә Raxman onu yan-yörәsindә ağaclar әkilmiş hündür
tağlı ağ evlәrin sıralandığı bir küçәylә sürdü.
Evlәrdәn birinin qarşısında maşını әylәdi vә Linda ilә birgә
üçümüz dә maşından çıxdıq. Raxman sükan arxasında qaldı.
Mәn yol çantamızı maşının yük yerindәn çıxartdım, Linda isә
evin dәmir qapısını açdı. Pillәkәn çox dikinә idi. Linda irәli
düşüb bizә yol göstәrdi. Pillәkәn meydançasında iki qapı vardı.
Linda soldakını açdı. Ağ divarları olan mәnzilin pәncәrәsi küçәyә