Page 622 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 622
Ïàòðèê Ìîäèàíî

qıyıq gözlәrini Jaklinә zillәmişdi. Hәrdәnbir әsәbiliklә siqara
dәrin qullab vurur, tüstünü Lindanın düz üzünә üfürürdü.

Linda sözünü tamamlayıb susdu, kişi isә Jaklinә gülümsәdi.
Amma bu vaxt gözlәrindәki soyuqluq çәkilib getmәdi. Soruşdu
ki, bizim yaşadığımız Sasseks Qardensdәki hotelin adı necәdir.
Mәn cavab verdim ki, “Rednor”.

– Sizin ora pul ödәmәyiniz lazım deyil, – kişi güldü. – Mәn
sahibkaram… Mәnim adımdan inzibatçıya deyәrsiniz ki, sizinçün
pulsuzdur…

Bunu deyib kübarvari görkәm aldı; bu hәrәkәti onun özünü
dә güldürdü.

– Siz mehmanxana biznesi ilә mәşğulsunuz?
Sualıma cavab vermәdi; siqarın tüstüsünü yenә Lindanın
sifәtinә üfürüb çiyinlәrini çәkdi.
– Don't worry ...
Bu ifadәni özünә müraciәtlә bir neçә dәfә tәkrar elәdi. Sonra
qalxıb harasa zәng vurmağa getdi. Linda bizim çaşqınlığımızı
hiss etdiyindәn bәzi izahаtlar vermәyә başladı. Demәli, bu Peter
Raxman daşınmaz әmlakın, binaların alqı-satqısıyla mәşğul olub.
“Bina” deyәndә ki, hamısı köhnә-kürüş evlәr, uçuq komalardı,
әksәriyyәti dә şәhәrdәn kәnarda – Eysuoterdә, Hottinq Hilldә.
Bu biznesdәn Linda çox da baş çıxarmırdı. Amma – bunu bizә
dәrhal bildirmәyi vacib saydı, – onun kobud manerasına fikir
vermәyin, Raxman qiyamәt oğlandır.
Raxmanın “Yaquar”ı kafenin yaxınlığında dayanmışdı. Linda
qabaqda oturub bizә sarı çöndü:
– Peter sizә başqa yer tapana qәdәr hәlәlik mәnim evimdә
qala bilәrsiniz…
“Yaquar” yerindәn tәrpәndi. Əvvәl Kensinqton Qardenslә,
sonra Sasseks Qardenslә getdik. Raxman maşını “Rednor” ho-
telinin qarşısında әylәyib bizә dedi:
   617   618   619   620   621   622   623   624   625   626   627