Page 620 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 620
Ïàòðèê Ìîäèàíî

gәlişimizdәn bәri ilk dәfәydi ki, günәş parlaq şәfәqlәr saçırdı vә
mәnә elә gәlmişdi ki, bu gündәn, bu andan etibarәn hava hәmişә
gözәl, hәmişә ilıq oldu – erkәn, әbәdi yay fәsli.

***

Nahar saatında Nottinq Hill Qeyt kafesindә biz hansısa Linda
Cekobsenlә tanış olduq. Birinci özü bizimlә danışdı: bizim yaşda,
qabarıq almacıq sümüklәri olan qıyıqgöz, uzunsaç, qaraşın bir qız.

Onu әn çox maraqlandıran bizim Fransanın harasından, hansı
vilayәtindәn olmağımız idi. Fransızca lәngәrli danışırdı, sanki
hәr sözü ölçüb-biçirdi, buna görә dә onunla söhbәti ingiliscә
davam etdirmәk mәnә daha asan idi. Bizim Sasseks Qardensdә
hansısa bir “gecәqonduda” yaşamağımızdan o, çox heyrәtlәndi.
İzah elәdik ki, başqa çıxış yolumuz yoxdur: heç birimiz yetkinlik
yaşına çatmamışıq.

Ertәsi gün biz onu hәmin yerdәcә gördük. Keçib yanımızda
oturdu. Soruşdu ki, Londonda nә qәdәr qalmaq fikrimiz var.
Jaklin mәnim tәәccübümә rәğmәn belә cavab verdi ki, bәs
Londonda bir neçә ay yaşamaq, hәtta iş tapmaq niyyәtindәyik.

– Elәdirsә, onda siz bu hoteldә qala bilmәzsiniz!
Nömrәni bürüyәn şirintәhәr qoxunun ucbatından biz elә hәr
gecә ordan getmәk istәyirdik. Bilmirdim bu iy hardan gәlir –
qanovdan, mәtbәxdәn, yоxsa çürümüş palazdan. Sәhәrlәr Hayd
Parkda bir xeyli müddәt gәzişirdik ki, paltarımıza hopmuş bu
qoxudan qurtulaq. Qoxu çәkilib gedirdi, intәhası günorta yenidәn
qayıdırdı. Onda mәn Jaklindәn soruşurdum:
– Hiss edirsәn iyi?
Fikirlәşәndә ki, bu qoxu bizi bütün ömrümüz boyu tәqib
edәcәk – öz fikrimdәn әmәlli-başlı ümidsizliyә düşürdüm.
– Ən dәhşәtlisi budur ki, – Jaklin ona fransızca dedi, – bu,
mehmanxananın öz qoxusudur…
   615   616   617   618   619   620   621   622   623   624   625