Page 619 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 619
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 619
– Bizә yalnız bir az pul lazımdır ki, Mayorkaya gedәk.
Tanış olduğumuz vә konvertin üzәrindә ünvanı gördüyüm
hәmin gündәn bu fikir Jaklinin zәif damarına çevrilmişdi.
– Mayorkada başımız dinc olacaq. Sәn dә kitabını yazarsan…
Bir dәfә ona demişdim ki, çox istәyirәm gәlәcәkdә kitab
yazım, amma sonra bu mövzuya heç vaxt qayıtmamışdıq. Bәlkә
o indi mәni sakitlәşdirmәk xatirinә bundan danışırdı? Yox, Jaklin
mәndәn qat-qat soyuqqanlı idi.
Hәr necә olsa, maraqlandım: hansı yolla pul әldә etmәyә
ümid edir? Amma sualım onu zәrrәcә karıxdırmadı:
– Pulu yalnız şәhәrlәrdә tapmaq olar… Tәsәvvürünә gәtir ki,
indi biz hansısa kәndin küncündә olaydıq…
Vә tamamilә haqlı idi. Birdәn-birә Trafalqar meydanı mәnә
xeyli tәhlükәsiz görükdü. Mәn fәvvarәdәn fışqıran suya baxdıqca
daha da sakitlәşirdim. Axı biz ömrümüz boyu bu şәhәrdә qalmağa
vә Oksford Stritin qәlәbәliyindә boğulmağa borclu deyildik ki.
Bizim mәqsәdimiz çox sadә idi: Mayorkaya getmәk üçün bir az
pul tapmaq, vәssalam. Bu, eynәn Van Beverin uduş kombinasiyası
kimi bir şey idi. Qarşımızda şansımızı artıran kifayәt qәdәr küçә
vә döngәlәr vardı. Gec-tez bәxtimiz gәtirmәlidir: biz mütlәq
xoşbәxt bir tәsadüfә tuş gәlmәliydik.
Bundan sonra biz Oksford Stritdәn qaçır, Mәrkәzdәn gen
gәzirdik, hәmişә dә qәrbә üz tutur, Holland Parka vә Kensinqtona
tәrәf gedirdik.
Bir dәfә günortaüstü metronun Holland Park stansiyasına
gәlib avtomat kabinәdә şәkil çәkdirmiş, xüsusi poza alıb üzümüzü
bir-birinә sıxmışdıq. Mәn hәmin fotonu yadigar saxladım. Jaklinin
sifәti ön planı büsbütün doldurur, mәnimki isә bir az aralıdadır,
sol qulağım da kadra düşmәyib. Fotoaparatın ani işığından sonra
özümüzü saxlaya bilmәyib qәhqәhә çәkmişdik. Kabinәdә Jaklin
dizlәrimin üstündә bir az da oturmaq istәmişdi. Sonra biz Holland
Parkla, tağlı, böyük ağ evlәrin sıralandığı küçә ilә getdik. Londona