Page 614 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 614
Ïàòðèê Ìîäèàíî
***
Mәn kafenin uzaq küncündәki masanın arxasına keçib,
çamadanı enli kәtilin üstünә qoydum. Piştaxtaya dirsәklәnib
duran müştәridәn başqa içәridә bir kimsә yox idi. Piştaxtanın
arxasındakı divarda, cәrgә ilә düzülmüş siqaret qutularının
üzәrindәki saatın әqrәblәri on birin yarısını göstәrirdi. Böyrümdәki
elektrik bilyardın ilk dәfәydi ki, sәsi gәlmirdi. İndi mәn qәti
әmin idim ki, Jaklin görüşә gәlәcәk.
İçәri girәndә ora-bura boylanıb mәni axtarmazdan qabaq,
әvvәlcә piştaxtaya yaxınlaşıb siqaret aldı, sonra gәlib kәtildә
oturdu. Çamadanı görüb, dirsәklәrini masanın üstünә qoydu vә
dәrindәn ah çәkib:
– Birtәhәr dә olsa, ondan qopa bildim, – dedi.
Onlar Pereyr meydanının yaxınlığındakı restoranda şam
elәmişdilәr: Jaklin, Karto, bir dә bir cütlük. Şam yemәyinin
axırında Jaklin aradan çıxmaq istәmişdi, amma fikirlәşmişdi ki,
taksi dayanacağına, ya metroya tәrәf necә getdiyini onlar restoranın
terrasından görә bilәrlәr.
Restorandan çıxanda Jaklin mәcbur olmuşdu ki, onlarla maşına
minsin. Onu bir qәdәh konyak içmәk üçün hansısa mehmanxananın
barına, “Şabalıd”a aparmaq istәmişdilәr. Jaklin burda onlardan
yayına bilmiş, tez dә özünü Kursel bulvarındakı kafelәrdәn birinә
yetirib mәnә zәng vurmuşdu.
Siqaret alışdırıb öskürdü. Küjas küçәsindә Van Beverlә tez-
tez elәdiyi kimi, әlini әlimin üstünә qoydu. Amma öskürәyi ara
vermirdi.
Mәn siqareti onun ağzından çıxartdım, külqabıya basıb sön-
dürdüm.
– Biz Parisdәn getmәliyik, – Jaklin dedi. – İkilikdә… Siz ra-
zısınız?
Əlbәttә ki, razıydım. Soruşdum: