Page 609 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 609
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 609

heç yerә getmir, heç yerә aparmır; onlara yalnız bufetlә “İtirilmiş
addımlar” salonu arasında dala-qabağa gedib-gәlmәk qalır, sonra
da gözlәmә zalının, passajın, saysız-hesabsız vağzal dükanlarının
yanıyla, qonşu küçәlәrlә hәrәkәt edirlәr. Daha bir saatı yola
vermәk lazım idi. Şәhәrkәnarı qatarların yanına çatıb telefon
budkasının qarşısında dayandım. Fikirlәşdim ki, bәlkә geriyә,
Osman bulvarındakı 160 nömrәli evә qayıdıb çamadanı öz yerinә
qoyum? Belәdә hәr şey yoluna düşәr, mәn dә özümü tәnbeh
etmәzdim. Budkada telefon kitabçasını vәrәqlәdim: doktor Robun
nömrәsini unutmuşdum. Telefonun uzun-uzadı çağırışı. Evdә heç
kәs yox. Bәs Beusta, doktor Roba zәng vurub hamısını etiraf
etsәm necә? Yaxşı, bәs görәsәn, Jaklinlә Karto indi harda ola
bilәr? Dәstәyi asdım. Qәrara aldım ki, yaxşısı budur, çamadandan
ayrılmayım vә onu Jaklinә aparım: bu, onunla әlaqәni saxlamağın
yeganә üsuludur.

Yenә kitabçanı vәrәqlәmәyә başladım. Gözümün önündәn
Paris küçәlәri, evlәrin nömrәlәri, sakinlәrin soyadları ötüb-keçirdi.
“Sen-Lazar” (vağzal)” sәhifәsinә rast gәlәndә әmәlli-başlı
tәәccüblәndim: burda da adlar vә soyadlar vardı.

Dәmiryol polisi LAB 28 42
Yumşaq vaqonlar kompaniyası EVR 44 46
“Roma” kafesi EVR 48 30
“Terminyus” mehmanxanası EVR 36 80
Yükdaşıyanların kooperativi EVR 58 77
Qabriela Debri, çiçәklәr, zal
İtirilmiş addımlar LAB 02 47
Ticarәt passajı mağazası:
1. Bernua EVR 45 66
5. Biddelu vә Dilli (madam) EVR 42 48
“Geo” ayaqqabı EVR 44 63
SİNEAK (kino) LAB 80 74
   604   605   606   607   608   609   610   611   612   613   614