Page 610 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 610
Ïàòðèê Ìîäèàíî
19. Burjua (Rene) EVR 35 02
25. Özәl poçt EVR 45 96
25. bis. Nono-Nanetta EVR 42 62
27. Dikobol (vallar) EVR 41 43
Görәsәn, bu adamlarla әlaqә saxlamaq olarmı? Rene Burjua
hardasa bu yaxınlıqda, vağzaldamı yerlәşir? Gözlәmә zallarından
birinin şüşәsi arxasında nimdaş paltolu bir qoca gördüm –
skamyada uzanıb yatmışdı, qәhvәyi paltosunun cibindәn qәzetin
ucu görsәnirdi. Bәlkә bu, Bernua idi?
Mәn monumental pillәkәnlә aşağı enib ticarәt passajına çıxdım.
Dükanların hamısı bağlıydı. “Amsterdam hәyәti”ndәn dizel mü-
hәrriki ilә işlәyәn taksilәrin sәsi eşidilirdi. Passaj gur işıqlan-
dırılmışdı; mәn hәtta sәksәkәyә düşdüm ki, birdәn mәlumat ki-
tabçasında “dәmiryol polisi” kimi göstәrilәn hansısa müfәttişin
caynağına keçәrәm. Müfәttiş tәlәb etsә ki, çamadanı açım, onda
әlac bircә ona qalar ki, qaçıb aradan çıxasan. Amma onlar mәni
әlüstü haqlayıb vağzaldakı polis mәntәqәsinә gәtirәrlәr. Yox, bu
xalis әfәllik olardı.
“Sineak”a getdim – kinoya. Kassaya iki frank yarım ödәyәndәn
sonra, saçları qısa vurulmuş sarışın biletsatan öz fәnәriylә işıq
sala-sala mәni hardasa qabaq sıralarda aparıb әylәşdirmәk istәyirdi,
mәnsә zalın dәrinliyindә, arxa cәrgәdә oturmağa üstünlük verdim.
Ekranda diktorun civiltili sәslә şәrh etdiyi gündәlik xәbәrlәrin
kadrları bir-birini әvәz edirdi. Bu diktor mәnә yaxşı tanış idi,
iyirmi beş ildә sәsi bir tikә dә dәyişmәmişdi, necә vardısa, elә
qalmışdı. Mәn bu civiltili sәsi ötәn il “Bonapart” kinoteatrında,
köhnә xronikanın montajına baxarkәn eşitmişdim.
Çamadanı sağ tәrәfimdәki oturacağa qoyub, qabaq cәrgәlәrdә,
zalın müxtәlif yerlәrinә sәpәlәnmiş yeddi fiqur saydım. Eyni cür
yeddi adam. İçәridәn ilıq ozon qoxusu gәlirdi. Belә hava adamı
metroda havaçәkәn barmaqlığının üstüylә gedәrkәn vurur. Mәn