Page 615 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 615
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 615
– Hara getmәk istәyirsiz?
– Hara gәldi.
Lion vağzalı lap yaxınlıqdaydı. Yetәrdi ki, sahil küçәsiylә
Nәbatat bağına çatıb Senanı keçәsәn. İkimiz dә bataqlığın dibindә
idik; mәqam yetişmişdi ki, nә yolla olursa-olsun lilә tәkan verib
üzә çıxaq. Orda, “Şabalıd”da Karto yәqin Jaklinin yoxluğundan
narahat olmağa başlamışdı, Van Bever isә, ola bilsin, hәlә Dyepdә,
yaxud Forjdadır.
– Bәs Jerarı gözlәmәyәcәyik? – mәn soruşdum.
Jaklin qәtiyyәtlә başını bulayıb sifәtini turşutdu. Az qala
ağlayacaqdı. Başa düşdüm ki, o bizim ikilikdә getmәyimizi
istәyir – hәyatının müәyyәn mәrhәlәsi ilә әlaqәni qırmaqdan
ötrü. Elә mәn dә öz arxamda indiyәcәn yaşamış olduğum bomboz,
qeyri-müәyyәn illәr qoymuşdum.
İstәyirdim tәkrar bir dә soruşum ki, bәlkә Jerarı gözlәyәk?
Amma susurdum. Mәn susurdum, sәtin paltodakı fiqur isә hәmin
qış hәmişәlik donacaqdı. Yaddaşımda sözlәr oyanacaqdı: rәngsiz
beşlik. Bir dә tәzәlikcә tanış olduğum vә dantist olub-olmadığını
bilmәdiyim boz kostyumlu qaraşın kişi hәrdәnbir ora qayıdacaqdı.
Hә, bir dә valideynlәrimin getdikcә daha çox yayğınlaşan
dumanlı simaları.
Jaklinin mәnә verdiyi Osman bulvarındakı mәnzilin açarını
plaşımın cibindәn çıxarıb masanın üstünә qoydum.
– Bunu neylәyәk?
– Yadigar saxlayarıq.
Piştaxtanın yanında daha heç kәs yox idi. Ətrafımıza çökәn
sakitlikdә neon lampalarının sәsi eşidilirdi. Onların işığı terrasın
qara pәncәrәlәriylә kәskin tәzad yaradırdı. İşıq çox parlaq işıqdı
– sanki gәlәcәk yazların, yayların, gәlәcәk illәrin müjdәçisi idi.
– Ən yaxşısı cәnuba getmәkdir…