Page 617 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 617
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 617
Harda gecәlәyәcәyimizi bilmirdik. Marbl Erçdәn birbaşa
Hayd-Park boyunca gedә-gedә, axırda Paddinqton vağzalına
aparan Sasseks Qardens avenyusuna gәlib çıxdıq. Sol tәrәf xırda
mehmanxanalarla doluydu. Biz elә rastımıza ilk çıxanı seçdik.
Bu dәfә bizdәn heç sәnәd dә istәmәdilәr.
***
Şübhә hәr ikimizi eyni vaxtda – gecә mehmanxanaya gәldiyimiz
yolda, sahibkarın icazә verdiyi müddәtәcәn qaçqınsayağı
yaşadığımız nömrәmizә çathaçatda yaxaladı.
Mehmanxanaya daxil olmazdan qabaq biz Sasseks Qardens
avenyusunda xeyli müddәt aşağı-yuxarı gәzişirdik. Parisә qayıtmağa
heç birimizin zәrrәcә meyili yox idi. Hazırda Turnel sahil
küçәsindә, yaxud Latın mәhәllәsindә görünmәyimiz mümkün iş
deyildi: ora bizimçün yasaq zonaydı. Əlbәttә, Parisin ucu-bucağı
yoxdur, istәsәk asanlıqla mәhәllәmizi dәyişәr, Jerar Van Beverlә,
yaxud Karto ilә rastlaşmaq riskindәn yayına bilәrdik. Amma
yaxşısı bu idi ki, keçmişә qayıtmayaq.
Biz Lindayla, Peter Raxmanla, Mikael Savundra ilә tanış ola-
nacan görәsәn, nә qәdәr vaxt keçmişdi? Yәqin, iki hәftә. Bütün
gün ara vermәyәn, sәrasәr yağışla keçәn iki sonsuz hәftә. Çirkli
divar kağızları başdan-başa lәkә örtüyünә bürünmüş nömrәmizdәn
can qurtarmaq üçün vaxtımızı kinoya getmәklә keçirirdik, sonra
mütlәq Oksford Stritdә gәzişirdik. Blumsberiyә, Londonda ilk
gecәmizi keçirdiyimiz ailә pansionunun yerlәşdiyi küçәyәcәn ge-
dib çatırdıq. Sonra tәzәdәn Oksford Stritә çıxıb әks -istiqamәtdә
geri dönürdük. Vaxtı bacardıqca uzadır, çalışırdıq ki, otağa mümkün
qәdәr gec qayıdaq. Amma yağışın altında daha nә qәdәr qalasıydıq
ki? Ən pis halda, daha bir dәfә kinoya gedә, yaxud böyük univer-
mağa, ya kafeyә girә bilәrdik. İntәhası lap neylәsәn dә, yenә axır-
da Sasseks Qardens küçәsinә qayıtmaq lazım gәlirdi.