Page 613 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 613
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 613

aradan çıxa bilmişdi. İndi on yeddinci dairәdә idi. Çamadanı
gәtirib-gәtirmәdiyimi xәbәr aldı. Demәli, mәn onun şey-şüylәrini
çantaya yığıb, özümünkülәr üçün “Lima” hotelinә getmәli, sonra
onu Dante kafesindә gözlәmәliydim. Ancaq gәrәk Turnel sahil
küçәsindәn bacardıqca tez әkilim, çünki Kartonun cumacağı
birinci yer bura olacaqdı. Jaklin dedikcә sakit danışırdı, sanki
hamısını qabaqcadan ölçüb-biçmiş, beynindә çoxdan bişirmişdi.
Dolabdan köhnә çantanı çıxartdım, bir cüt şalvarı, dәri gödәkcәni,
büstqalteri, qırmızı kәtan tuflilәri, boğazlı sviteri vә әlüzyuyanın
üstündәki rәfdәn bir neçә tualet әşyasını, hәmçinin balaca efir
flakonunu çantaya dürtdüm. Otaqda yalnız Van Beverin әşyaları
qaldı. İşığı söndürmәdim ki, qoy inzibatçı nömrәdә kiminsә
olduğunu düşünsün. Qapını bağladım. Van Beverin saat neçәdә
qayıdacağını bilmirdim. O, bizi Dante kafesindә rahatca tapa
bilәrdi. Görәsәn, Jaklin Forja, ya Dyepә zәng vurmuşdumu?
Mәnә dediklәrini ona da demişdimi?

İşığı yandırmadan pillәkәnlә aşağı düşdüm. Qorxurdum ki,
portye sakvoyajı vә dәmir çamadanı görәr. Amma o, qәzetin
üzәrinә әyilmişdi: yәqin, krossvord hәll elәyirdi. Mәn ona bax-
maqdan özümü saxlaya bilmәdim: heç başını da qaldırmadı.
Turnel sahil küçәsinә çıxanda ürәyim sәksәkәdә idi ki, bәs indicә
arxadan çığırtı eşidәcәm: müsyö, müsyö… qayıdın zәhmәt olmasa,
tәcili geri qayıdın… Eyni zamanda düşünürdüm ki, Kartonun
maşını bu dәqiqә qarşımda dayanacaq. Amma Bernardinlәr
küçәsinә çatanda özümü әlә alıb tәzәdәn sakitlәşdim. Tәlәsik
otağıma qalxıb paltarlarımın hamısını, bir dә satılmamış iki kitabı
Jaklinin sakvoyajına yerlәşdirdim.

Sonra aşağı düşüb hesabı tәlәb etdim. Gecә portyesi bircә
sual da vermәdi. Küçәdә, Sen-Jermen bulvarında adi xumarlıq
hiss etdim – hәr dәfә qaçmağa qәrar verәrkәn mәnә hakim
kәsilәn hәmin duyğunu.
   608   609   610   611   612   613   614   615   616   617   618