Page 618 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 618
Ïàòðèê Ìîäèàíî
Bir dәfә axşamüstü biz daha uzağa gedib çıxdıq; risk edib
Temzanın o biri sahilinә keçmәk istәyәndә hiss etdim ki, içimi
vahimә bürüyür. Qәlәbәlik vaxtı idi: şәhәrәtrafı qәsәbә sakinlәrinin
axını, Vaterloo körpüsü ilә vağzala tәrәf gedirdi. Biz bu axınla
körpünün üstündә qarşı-qarşıya gәldik vә mәn qorxdum ki, insan
burulğanı bizi geriyә sürüyüb aparacaq. Amma birtәhәr qurtula
bildik. Trafalqar meydanına çatıb skamyada әylәşdik. Bütün yol
boyu kәlmә kәsmәmişdik.
– Sәnә pisdir? – Jaklin soruşdu. – Rәngin ağarıb…
Bunu deyib gülümsәdi. Hiss etdim ki, öz sakitliyini qorumaq
üçün var qüvvәsini sәrf edir. Mehmanxanaya qayıtmaq, yenidәn
Oksford Stritdәki insan selinin içinә düşmәk mәni üzürdü. Cürәtim
çatmadı Jaklindәn soruşum ki, bu qorxunu o da hiss edirmi. Belә
soruşdum:
– Sәnә elә gәlmirmi ki, bu şәhәr çox böyükdür?
Özüm dә gülümsәmәyә çalışdım. Jaklin üzümә baxıb qaşlarını
düyünlәdi.
– Yaman böyükdür, özümüz dә burda heç kәsi tanımırıq…
Mәn ölgün sәslә danışırdım; bircә sözü dә düz-әmәlli deyә
bilmirdim.
Jaklin siqaret yandırdı. Yenә öz yüngül dәri gödәkcәsindәydi
vә Parisdә olduğutәk bir az öskürürdü. Mәn Turnel sahil küçәsi,
Osman bulvarı vә Sen-Lazar vağzalını hәsrәtlә xatırladım.
– Parisdә asan idi…
Amma bunu elә yavaşdan dedim ki, heç Jaklinin eşidib-
eşitmәdiyini bilmәdim: o, mәni büsbütün unudub öz düşüncәlәrinә
qәrq olmuşdu. Oturduğumuz skamya ilә üzbәüz telefon budkası
vardı, indicә ordan hansısa bir qadın çıxmışdı.
– Tәәssüf ki, zәng etmәyә bir adamımız yoxdur… – dedim.
Jaklin mәnә sarı döndü vә ovcunu әlimin üstünә qoydu.
Yәqin, biz Strendlә Trafalqar meydanına tәrәf gedәrkәn keçirmiş
olduğu ümidsizliyi o indi artıq dәf etmişdi.