Page 621 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 621
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 621
Mәn birtәhәr çevirdim. Axırda Linda başa düşdü. Soruşdu ki,
heç olmasa, bir az pulumuz varmı. Çamadandakı iki nazik әsginas
dәstindәn tәkcә biri qalmışdı.
– Var, – dedim. – Amma o qәdәr dә çox deyil.
Linda gülümsәyә-gülümsәyә baxışlarını birimizin üzündәn o
birinә keçirirdi. Adamların bizә rәğbәt göstәrmәyinә mәn hәmişә
tәәccüblәnmişәm. Xeyli sonralar, köhnә mәktublarla dolu karton
çәkmә qutusunu eşәlәyib, Holland Parkda çәkdirdiyimiz hәmin
şәkli tapdım vә sifәtimizdәki sadәlövh sәmimiyyәtdәn әmәlli-başlı
sarsıldım. Biz inam aşılayırdıq. Bu mәsәlәdә cavanlığımızdan başqa
bizim ayrı heç bir xidmәtimiz yox idi – o cavanlıq ki, hәr zaman
xilaf çıxan boş vәd kimi çox qısa müddәtә kimә gәldi verilir.
– Mәnim bir dostum var, düşünürәm ki, sizә kömәyi dәyә
bilәr, – Linda dedi. – Mәn sabah sizi tanış edәrәm.
Dostu ona tez-tez elә bu kafedә görüş tәyin edirdi. Linda bu
yaxınlıqda yaşayırdı, dostunun ofisi isә bir az aralıda, Vesburn
Qrov küçәsindә idi. Jaklinlә tez-tez getdiyimiz iki kinoteatrdan
biri elә hәmin küçәdәydi. Biz hәmişә axırıncı seansa gedәrdik ki,
mehmanxanaya qayıtmağın vaxtını uzadaq. Vә hәr axşam eyni
filmә baxmağımız qәtiyyәn vecimizә deyildi.
***
Ertәsi gün, günortaya yaxın Peter Raxman kafeyә daxil olanda,
biz artıq Linda ilә içәridә oturmuşduq. Salamlaşmadan birbaşa
keçib masamızın arxasında әylәşdi. Damağında siqar vardı, külü
dә pencәyinin yaxalığına tökülürdü.
Kişinin xarici görkәmi mәni sarsıtmışdı: çox qoca görünürdü,
әslindә isә yaşı qırxdan artıq olmazdı. Başı bir qәdәr dazlaşmış,
ortaboylu, cüssәli, dolusifәt bir adamdı; gözündә sümük sağanaqlı
eynәk vardı. Uşaqsayağı totuq әllәri enli çiyinlәri ilә qәti uyuşmurdu.
Linda bizim güzәranımızdan, çәtinliyimizdәn söz açdı, özü
dә kişinin başa düşmәsi üçün çox tez-tez danışırdı. Kişi öz xırda,