Page 625 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 625
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 625

– Siz Parisdә yaşayırsınız?
– Hә, – mәn Jaklini qabaqlayıb özüm ona cavab verdim. –
“Luiziana” mehmanxanasının yaxınlığında.
Jaklin mәnim baxışımı göydә tutub, göz vurdu. Birdәn-birә
ürәyimdәn keçdi ki, kaş bu dәqiqә “Luiziana” mehmanxanasının
qarşısında peyda olaydım, Sena boyunca kefim istәyәn qәdәr
gәzәydim, kitab qutularıyla dolu bukinistlәrin qabağıyla sahilyanı
Turnelәcәn gedib çıxaydım. Paris üçün bu qәfil hәsrәt hardan idi?
Raxman Savundradan nәsә soruşdu, o da çox hәvәslә cavab
vermәyә başladı. Linda söhbәtә müdaxilә etdi. Onların nә
danışdıqlarını anlamağa qәti çalışmırdım. Vә yaxşı görürdüm ki,
Jaklin dә söhbәtә zәrrәcә әhәmiyyәt vermir.
Günün bu saatında bizi tez-tez yuxu tuturdu, mürgülәyirdik,
çünki “Rednor” hotelindә pis yatırdıq – cәmisi dörd-beş saat.
Bundan artıq mümkün olmurdu. Vә sübh erkәndәn hoteli tәrk
edib ora mümkün qәdәr gec qayıtmağa çalışdığımızdan gündüzlәr
Hayd Parkın çәmәnliyindә gözümüzün acısını alırdıq.
Onlar söhbәtlәrinә davam edirdi, Jaklinsә hәrdәnbir gözlәrini
yumub mürgülәyirdi. Elә mәn özüm dә. Qorxurdum ki, yuxulayım.
Birimiz hiss edәndә ki, o birini yuxu tutur, masanın altında
ayağına vururdu.
Hәr necә olsa, mәni bir neçә dәqiqәliyә yuxu tutdu. Onların
söhbәtinin qulağıma çatan boğuq sәs-küyünә çimәrlikdәn eşidilәn
gülüş vә çığırtılar, suya tullananların şappıltıları qarışırdı. Biz
hardaydıq? Marna sahilindә, yoxsa Paris yaxınlığındakı Angenski
gölündә? Bu yer Şenneverdәki başqa bir “Lido”ya, hәmçinin La
Varenndәki Sportinq-kluba çox uyğun gәlirdi. Axşam biz Jaklinlә
Vensen qatarına minib Parisә qayıdarıq.
Kimsә çiynimә bәrkdәn vurdu. Raxman idi.
– Yorulmusuz?
Qarşımda oturmuş Jaklin gözlәrini zorla açıq saxlamışdı.
   620   621   622   623   624   625   626   627   628   629   630