Page 629 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 629
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 629

– Bax bu da mәnzilin ünvanı, – Linda dedi. – Hәr ehtimalçün
verirәm, birdәn yolu çaşdırsanız…

O, ünvanı mavi konvertin o biri üzündә yazmışdı: Çepstous
Villas, ev 22.

Biz otağa qayıdan kimi Jaklin konverti açdı: orda yüz funt pul
vardı.

– Bunu götürmәyә gәrәk yox idi, bizә pul lazım deyil, – mәn
ona dedim.

– Necә lazım deyil, lap yaxşı lazımdır… Mәnә pul lazımdır
ki, Mayorkaya gedim…

Yәqin, başa düşdü ki, bununla mәni çox da inandıra bilmәyib.
– Bizә azından iyirmi min frank pul lazımdır. Ev tapmaq,
orda yaşamaq üçün… Elә ki Mayorkaya çatdıq, daha bizә heç
kәsin kömәyi lazım olmayacaq…
Sonra vanna otağına keçdi. Mәn suyun şırıltısını, vannanın
necә dolduğunu eşitdim.
– Qiyamәtdir ey, – içәridәn Jaklinin sәsi gәldi. – Nә vaxtdır
vanna üzünә hәsrәt qalmışdım...
Döşәyin üstünә sәrәlәndim. Yatmamaq üçün var gücümü sәrf
edib yuxuyla әllәşir, Jaklinin necә yuyunduğunu eşidirdim.
– Özün görәcәksәn isti su necә yaxşıdır…
Bizim qaldığımız “Rednor” mehmanxanasının nömrәsindәki
әlüzyuyandan yalnız soyuq su gәlirdi, o da ölә-ölә.
Mavi konvert döşәyin üstündә, düz böyrümdә idi. Mәni şirin
yuxu tuturdu vә bu mürgünün içindә vicdan әzabı әriyib gedirdi.
Axşam saat yeddidә Lindanın otağından eşidilәn Yamayka
musiqisinin sәsinә oyandıq. Biz aşağı düşmәyә hazırlaşmışdıq,
amma mәn әvvәlcә onun qapısını döymәyi lazım bildim. Burnuma
hind çәtәnәsinin qoxusu dәydi.
Qapı açılanacan kifayәt qәdәr uzun vaxt keçdi. Linda qırmızı
xalatda idi. Yarıaçıq qapıdan başını çölә çıxardıb:
   624   625   626   627   628   629   630   631   632   633   634