Page 631 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 631
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 631
ünvanını söylәdi. Hәmin restoranı gәzintilәrimiz zamanı gözaltı
elәmişdi; o niyyәtlә ki, varlananda orda şam edәrik.
***
Mәnzildә tam sakitlik hökm sürürdü. Lindanın qapısının al-
tından işıq gәlmirdi. Pәncәrәni açdıq. Küçәdә bircә qırıq sәs-sә-
mir yox idi. Üzbәüzdәki ağacların altında qırmızı telefon budkası
vardı; işıqlı budka boş idi.
Hәmin gecә bizdә belә bir tәәssürat yaranmışdı ki, sanki bu
mәnzildә çoxdandır yaşayırıq. Bayaq otaqdan çıxarkәn Maykl
Savundranın qovluğunu döşәmәyә atmışdım. Götürüb ssenarini
oxumağa başladım. Adı "Blackpool Sunday" idi. Ssenarinin
qәhrәmanları – London әtrafında sәfil hәyatı sürәn iyirmi yaşlı bir
qızla bir oğlan tez-tez Serpantin sahilindәki “Lido”ya, avqustda isә
Blekpul çimәrliyinә gedirlәr. Onlar ortabab dolanışıqlı ailәdәndir
vә kokni lәhcәsindә danışırlar. Sonra İngiltәrәni tәrk edib Parisә üz
tuturlar, ordan da Aralıq dәnizinin hansısa adasına, lap ola bilsin,
Mayorkaya. Nәhayәt ki, hәmin yerdә onların “әsl hәyatı” başlanır.
Oxuduqlarımı qısa şәkildә Jaklinә nәql edirdim.
Ön sözdә Savundra arzusunu bildirir ki, bu ssenari sәnәdli
film kimi çәkilsin vә gәnc oğlanla qızın rolunu qeyri-peşәkar
aktyorlar oynasın. Yadıma düşdü ki, o, mәnә söhbәtin Parisdәn
getdiyi hissәdә fransızca xәtaları düzәltmәyi tәklif etmişdi. Mәn
bir neçә sәhv tapdım, eyni zamanda Sen-Jermen-de-Pre mәhәllәsinin
küçәlәrinә aid dәqiq olmayan cüzi uyğunsuzluqlar aşkar etdim.
Oxuyarkәn mәn hәmçinin ssenariyә әlavә edilmәsi mümkün olan
tәfәrrüatları fikirlәşdim, bәzi detalları da işarәlәdim – mәnә
qalsaydı onları dәyişәrdim. Ürәyimdәn keçdi ki, bütün qeydlәri
Savundranın özüylә bölüşüm vә әgәr istәyirsә, ola bilsin,
"Blackpool Sunday" üzәrindә birgә işlәmәyi ona tәklif edim.
Bir müddәt Maykl Savundra ilә yenidәn görüşmәk mәnә
qismәt olmadı. "Blackpool Sunday" ssenarisinin qiraәti qәfildәn