Page 632 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 632
Ïàòðèê Ìîäèàíî

ürәyimdә roman yazmaq hәvәsi oyatdı. Bir sәhәr yuxudan çox
erkәn oyandım vә çalışdım sәs salmayım ki, adәtәn günortaya
kimi yatan Jaklin oyanmasın.

Balaca Nottinq Hill Qeyt mağazasından bloknot aldım. Sonra
yay sәhәrindәn hәzz ala-ala Holland Park Avenyuda gәzişdim.
Hә, bizim Londona gәlişimiz yayın ortasına tәsadüf etmişdi. Buna
görә dә mәnim xatirәlәrimdә Peter Raxman – Serpantin sahilindәki
qara rәngli nataraz bir siluetdir. Bu siluet arxadan parlaq işıqlandırılıb,
kölgә ilә günәş arasındakı kontrast o qәdәr güclüdür ki, mәn onun
üz cizgilәrini seçib ayıra bilmirәm. Partlayışa bәnzәr qәhqәhә.
Suya tullanışın şappıltısı. Sanki uzaqdan gәlәn, amma çox aydın
eşidilәn çimәrlik sәslәri. Lindanın sәsi. Jaklindәn “Siz çoxdan
Londondasınız?” soruşan Maykl Savundranın sәsi.

Holland Parkın yaxınlığındakı kafeteriyada özümә yer düzәltdim.
Hansı hadisә barәdә yazacağım barәdә hәlә tәsәvvürüm belә yox
idi. Mәnә elә gәlirdi ki, bir yığın ifadәni necә gәldi qaralayıb
tökmәkdәn başlamaq lazımdır. Tәxminәn o cür ki, işә düşmәsi
üçün nasosu suyla doldurursan, yaxud xarab mühәrriki hәrәkәtә
gәtirirsәn.

Elә ilk sözlәri yazan kimi, "Blackpool Sunday"-ın mәnә necә
tәsir göstәrdiyini başa düşdüm. O ki qaldı Savundranın ssenarisinin
mәnim işimi asanlaşdırmasına – bunun heç bir әhәmiyyәti yox
idi. Baş qәhrәmanlar bir dәfә qış axşamı Şimal vağzalına gәlirdilәr.
Onlar ömürlәrindә ilk dәfә Parisdә olurdular. Qalmağa yer ax-
tara-axtara vağzalın hәndәvәrindә dolaşırlar, axırda mehmanxanaların
birindә – Majenta bulvarındakı “Hotel d.Anqleter e dö Beljik”dә
gecә inzibatçısı onların yerlәşmәsinә razılıq verir. Qonşuluqdakı
“Hotel dö Londr e d.Anver”dә isә hәddi-büluğa çatmadıqlarını
bәhanә gәtirib onlara nömrә vermәkdәn imtina etmişdilәr.

Onlar uzağa getmәkdәn qorxduqları üçün mәhәllәdәn qırağa
çıxmırlar. Bir axşam Kompyen küçәsiylә Dünker küçәsinin
kәsişmәsindәki kafelәrdәn birinә gәlirlәr. Kafe Şimal vağzalıyla
   627   628   629   630   631   632   633   634   635   636   637