Page 636 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 636
Ïàòðèê Ìîäèàíî

Ecerosun yamaykalı dostları yaxınlaşıb onunla salamlaşırdılar.
Kafedә getdikcә adamların sayı da, sәs-küy dә çoxalmışdı. Əgәr
gözlәrini yumsaydın, lap elә bilәrdin “Dante” kafesindәsәn.

Maykl Savundra inad etdi ki, Jaklinlә mәni az da olsa ötürsün.
Biz Lindanı, Ecerosu vә onun curlarını tәrk edib meyxanadan
çıxdıq. Belә baxanda, onlar bizә diqqәt göstәrmәyi onsuz da
unutmuşdular vә biz orda çağırılmamış qonaqlar kimiydik.

Savundra ortada, Jaklinlә mәnim aramda gedirdi.
– Yәqin, Paris üçün darıxırsınız, – o dedi.
– Çox da yox, – Jaklin cavab verdi.
– Mәndә başqa cürdür, – dedim. – Hәr sәhәr Parisdә oluram.
Vә ona roman yazdığımı bildirib izah elәdim ki, bәs hadisәlәr
başlanğıcda Şimal vağzalının әtrafında cәrәyan edir.
– "Blackpool Sunday" mәnә ilham verib, – etiraf etdim, –
mәnim romanım da iki cavanın tarixçәsidir…
Amma, deyәsәn, mәndәn qәti incimәdi.
– Bu sizin ikinizin tarixçәsidir? – bizә nәzәr salıb soruşdu.
– Siz deyәn qәdәr dә yox, – mәn dedim.
O qayğılı idi, fikirlәşirdi ki, görәsәn, Raxmanla işlәr qaydasına
düşәcәkmi. Raxman ssenarini oxumadan belә günü sabah otuz
min funtu nağd şәkildә çamadandan çıxarıb ortaya qoya bilәr. Di
gәl ki, eyni asanlıqla da imtina edәr, siqarın tüstüsünü üzünә
üfürüb, sәni әliboş yola salar.
Savundranın sözlәrindәn belә çıxırdı ki, bizim indicә şahidi
olduğumuz sәhnәlәr çox tez-tez baş verir. Ümumiyyәtlә, belә şeylәr
Raxmanı әylәndirir, bu onunçün nevrasteniyadan yayınmaq üsuludur.
Belәsinin hәyatından lap roman yazmaq olar. Raxman Londona
müharibәdәn dәrhal sonra, Şәrqi Avropa qaçqınlarının axınında
gәlib. Hardasa o tәrәflәrdәndir – Avstriya-Macarıstan, Polşa vә
Rusiya sәrhәdlәrinin dәqiq müәyyәn edilmәyәn kәsişmәsindә, adı
dәfәlәrlә dәyişdirilmiş hansısa kiçik bir qarnizon şәhәrindә doğulub.
   631   632   633   634   635   636   637   638   639   640   641