Page 605 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 605
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 605

avtomobil Ulduz meydanına tәrәf şütüyürdü. Fikirlәşdim ki,
bәlkә konserjyenin qapısını tıqqıldatmaqda sәhvә yol vermişәm:
axı o mәnim әlamәtlәrimi bildirә bilәrdi. Amma nә Kartonun, nә
xәyali doktor Robun, nә dә konserjyenin özünün mәnә heç nә
edә bilmәyәcәklәrini düşünüb özümü sakitlәşdirdim. O işi ki,
mәn artıq görmüşdüm, – yәni yad mәnzilә soxulub başqa birisindәn
ötrü müәyyәn әhәmiyyәt kәsb edәn özgә çamadanını götürmüşdüm,
– hәmin iş mәnim özümçün zәrrә qәdәr dә әhәmiyyәt kәsb et-
mirdi vә nәticәsiz qalacaqdı.

Turnel sahil küçәsinә dәrhal qayıtmaq istәmirdim. Vağzalın
pillәlәriylә yuxarı qalxıb “İtirilmiş addımlar” adlanan çox iri bir
salonda peyda oldum. Şәhәrәtrafı elektrik qatarlarının perronuna
tәlәsәnlәr hәlә kifayәt qәdәr çox idi. Skamyada oturub çamadanı
ayaqlarımın arasına qoydum. Mәndә belә bir tәәssürat yaranmışdı
ki, guya özüm dә sәrnişinәm, yaxud bir neçә günlük әsgәri
mәzuniyyәtdәyәm. Sen-Lazar vağzalının mәnә tәklif etdiyi qaçış
sahәsi qatarların yollandığı şәhәr әtrafından, yaxud Normandiyadan
daha geniş idi. Havra bilet götürmәk, Kartonun şәhәrinәcәn
getmәk mümkün idi. Orda isә “Okeana Qapı”dan keçmәklә
nәhәng dünyada itmәk olardı…

Nәyә görә bu vağzal salonu “İtirilmiş addımlar” adlanırdı?
Burda azacıq oturmaq yetәrdi ki, hәr şey, hәtta öz addımların da
mәnasını itirsin. Mәn gözlәmә zalının axırındakı bufetә yönәldim.
Mәzuniyyәtdә olan iki әsgәr terrasda oturmuşdu, böyürlәrindә
dә eynәn mәnimkinә oxşayan çamadanlar. Az qala onlardan açar
istәyәcәkdim ki, görüm öz әlimdәkini aça bilәrәmmi. Amma
qorxdum ki, çamadanı açsam, yanımda oturanların diqqәtini cәlb
edәrәm, xüsusәn dә çamadanın içindәki bir dәstә әsginas mülki
geyimli polislәrdәn (mәn onların barәsindә eşitmişdim: adlarına
vağzal polisi deyirlәr) hansı birininsә gözünә sataşar. “Vağzal
polisi” – bu iki söz mәnә Jaklinlә Van Beveri xatırlatdı: sanki
   600   601   602   603   604   605   606   607   608   609   610