Page 601 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 601
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 601
Çamadanda nә var belә? Jaklin sualdan karıxan kimi oldu,
gülümsәyib cavab verdi: “Bir az pul”. Mәn çox da tәәccüblәnmәdim.
Bәs çamadanın itdiyini görәndә Karto buna necә reaksiya göstәrәcәk?
Nolsun itәndә: heç vaxt ağlına gәlmәz ki, çamadanı biz oğurlamışıq.
Bilmir axı bizdә açarın surәti var; hardan bilsin – Jaklin açarın
surәtini Sen-Lazar vağzalındakı tәcili emalatxanada çıxartdırmışdı.
Mәn bu “bizdә” kәlmәsindәn çox tәsirlәndim. Amma hәr ne-
cә olsa soruşdum ki, bu plandan Van Beverin xәbәri varmı. Hә,
xәbәri varmış. Amma Van Bever bunu mәnә Jaklinin özünün de-
mәsini münasib bilib. Demәli, mәn bu işdә yalnız ortaq, yalnız
şәrik rolundayam, onların mәndәn gözlәdiyi qalan bütün şeylәr
isә, bir növ soyğunçuluqdur. Jaklin, görünür, mәnim vicdanımı
sakitlәşdirmәk üçün orasını da “dәqiqlәşdirdi” ki, bәs Karto “çox
da yaxşı adam deyil” vә istәnilәn halda “bu pulu ona borcludur”.
– Bәs çamadan necә, ağırdır? – soruşdum.
– Yox.
– Ona görә soruşuram ki, bilim nәylә qayıdacam: taksiylә,
yoxsa metroyla.
Mәnim buna zәrrәcә tәrәddüd etmәdәn razılaşmağım Jaklini
hәtta tәәccüblәndirdi dә. Soruşdu:
– Mәnimçün bu işi görmәk sizә çәtin deyil?
Əlbәttә, artıq hazırlaşmışdı әlavә etsin ki, bәs guya mәn heç
nәylә risk etmirәm, mәnimsә bu dәstәyә qәti ehtiyacım yox idi.
Düzünә qalsa, çamadan daşımağı mәn hәlә uşaq vaxtlarımdan
görmüşdüm: atam hәr cür әşyaları – ikidibli çamadanları, dәri
çantaları, hәtta ona süni ciddilik verәn qara portfellәri dә elә hey
ora-bura daşıyardı...
– Mәn bu işi mәmnuniyyәtlә görәrәm, – ona cavab verdim.
Jaklin gülümsәdi. Minnәtdarlığını bildirәndәn sonra onu da
әlavә elәdi ki, onun tәrәfindәn belә bir tәklif mәnimçün birinci
vә sonuncu dәfәdir. Əlbәttә ki, Van Beverin bunu bilmәsindәn